Accessibility links

Avropa Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sədrinin şikayətini təmin edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin şikayətini təmin edib.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

AİHM-nin məlumatında deyilir ki, Azərbaycanın daxili məhkəmələrinin Hacıyevin istintaq müddətində həbs edilməsi zərurətini əsaslandıra bilmədikləri qənaətinə gəlinib.

AİHM Hacıyevin Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsində nəzərdə tutulan hüquqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulduğunu müəyyən edib.

Strasburq Məhkəməsi ona 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar verib.

Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli biliniblər.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.

2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə Cinayət Məcəlləsinin 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG