Accessibility links

Apellyasiya Məhkəməsi Əmir Səttarininin hökmünü qüvvədə saxlayıb


Əmir Səttari
Əmir Səttari

Milli fəal Əmir Səttari Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.

Əmir Səttariyə daha öncə həmin məhkəmədə verilən bu hökmün 50 günü 2 il müddətində şərti olaraq dayandırılmışdı. Bu hökm bir daha nəzərdən keçirilərək həmin hökmün şərti olaraq dayandırılan hissəsi qaldırılıb.

Təbriz şəhərinin sakini olan milli fəal Əmir Səttari, daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə günahkar tanınıb, 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi ki, verilən bu hökm Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb.

Səttari 2021-ci ilin iyul ayında Təbrizdə İranın ərəb icmasının dövlətə qarşı etirazlarına dəstək olmaq məqsədilə keçirilən mitinqlə əlaqədar həbs edilmişdi.

O, iyulun 22-də mitinqlərdən 2 gün öncə İranın kəşfiyyat agentləri tərəfindən göz altına alınaraq Təbrizdə Kəşfiyat İdarəsinin təcridxanasında dindirilib, bir müddət sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Daha öncə də apardığı dinc fəaliyətləri ilə bağlı dəfələrcə həbs edilən Əmir Səttari avqustun 15-də girov müqabilində sərbəst buraxılmışdı.

Ötən ilin İyul ayının 24-də başda Təbriz olmaqla, İran Azərbaycanında yaşayan bir çox güneyli vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyaları keçirmişdilər.

Bu mitinqlərlə əlaqədar bir çox sayda güneyli vətəndaş həbs edilərək, fərqli cəzalara məhkum olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG