Accessibility links

Kamilə Vəliyevanın qadağan olunmuş maddə üçün testinin müsbət çıxmasına baxmayaraq, məşqlər davam edir


Qadınlar arasında fiqurlu konkisürmə yarışlarında ölkəsinə Olimpiadanın ardıcıl üçüncü qızıl medalını qazandıracağı gözlənilən 15 yaşlı rusiyalı super-ulduz Kamilə Vəliyevanın cümə axşamı qadağan olunmuş maddə üçün edilən testinin müsbət çıxdığı barədə xəbərlər yayılıb.

Rusiyanın RBC qəzeti isə Pekin Oyunları öncəsi Vəliyevanın ürək dərmanı testinin müsbət çıxdığını yazıb.

Bildirildiyinə görə, test nümunəsi Vəliyevanın keçən ay Estoniyada keçirilən Avropa çempionatında qalib gəlməzdən əvvəl əldə edilib və bu, onun Rusiyanın elit qadın fiqurlu konkisürənlərdən ibarət “dördlük heyətinin” lideri statusunu möhkəmləndirib.

Rusiyanın nəticə ilə bağlı şikayət edəcəyi və ya mübarizə aparacağı bəlli deyil, baxmayaraq ki, onun müntəzəm şəkildə planlaşdırılan məşqlərdə iştirakı federasiyanın onu aradan qaldıracaq hər hansı bir tapıntını qəbul etmədiyini göstərir.

Rusiyanın Fiqurlu Konkisürmə Federasiyasının sözçüsü Olqa Ermolina əlavə təfərrüatlar verməyərək, "o, kənarlaşdırılmayıb" deyib.

"Anti-dopinq qayda pozuntusu ilə bağlı hər hansı məlumatı açıqlaya bilmərik" - deyə, Beynəlxalq Konkisürmə Birliyi açıqlamasında bildirib.

Müsbət test nəinki Rusiya komandasına yarışda qızıl medal qazandırmaya, hətta Vəliyevanın fərdi yarışda qalib gəlmə şansını təhlükə altına ala bilər. Yarış çərşənbə axşamı başlayır və onun qızıl medal qazanmaq şansı böyükdür.

Avropa İttifaqının Dərman Agentliyinin bildirdiyinə görə, aşkar edilən trimetazidin dərmanı angina hücumlarının qarşısını almağa kömək edən və başgicəllənmənin qarşısını alan metabolik vasitədir. Dözümlülüyü və qan axınının səmərəliliyini artırmağa yardım edə bildiyi üçün bu dərman Dünya Anti-dopinq Agentliyi tərəfindən qadağan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG