Accessibility links

ABŞ Səfilriyi Peşəkar Təqaüdçülər Proqramına müraciətlərin qəbuluna başlayıb


Professional Fellows Program

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan vətəndaşları üçün 2022/2023-cü illərdə Peşəkar Təqaüdçülər Proqramına (PFP) müraciətlərin qəbuluna başlayıb. Müraciətlər martın 28-dək qəbul ediləcək.

Səfirliyin məlumatına görə, bu proqram yerli mütəxəssislər üçün Amerika təşkilatlarında dəyərli təqaüd təcrübəsi əldə etmək, şəbəkəni genişləndirmək və evəzolunmaz bir beynəlxalq təqaüd təcrübə proqramında iştirak etmək üçün əla fürsətdir.

Peşəkar Təqaüdçülər Proqramı (PFP) ABŞ tərəfindən maliyyələşdirilir. Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu və Beynəlxalq Təhsil üzrə Amerika Şuraları tərəfindən idarə olunur.

Avropa və Avrasiya üzrə Peşəkar Təqaüdçülər Proqramı qarşılıqlı anlaşmanı təşviq etmək, liderlik və peşəkar bacarıqları artırmaq, habelə xarici ölkələr və ABŞ-dan olan orta səviyyəli inkişaf etməkdə olan liderlər arasında davamlı tərəfdaşlıq qurmaq üçün nəzərdə tutulmuş ikitərəfli, qlobal mübadilə proqramıdır. PFP iştirakçıları fərdi olaraq uyğunlaşdırılmış peşəkar inkişaf təcrübəsi üçün qeyri-kommersiya təşkilatlarında, özəl sektor bizneslərində və Birləşmiş Ştatlarda dövlət idarələrində intensiv 5-6 həftəlik təqaüdlərə yerləşdirilir.

ABŞ Səfirliyi bildirir ki, proqramın tələbləri, müraciət təlimatları və əlavə məlumat üçün www.professionalfellows.org saytına daxil olmaq lazımdır.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG