Accessibility links

Taliban 2 xarici jurnalisti həbs edib


BMT QAK işçisi yardım ləvazimatlarını Kabil kənarındakı paylama mərkəzinə daşıyır
BMT QAK işçisi yardım ləvazimatlarını Kabil kənarındakı paylama mərkəzinə daşıyır

Əfqanıstandakı Taliban səlahiyyətlilərinin iki xarici jurnalisti və onların yerli həmkarlarını hələ məlum olmayan səbəblərə görə həbs etdiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) qısa açıqlama verərək, jurnalistlərin yardım agentliyində çalışdığını bildirib. Jurnalistlərin və həbs olunan əfqanların kimliyi və ya onları kimin nəzarətə götürdüyü barədə məlumat verilməyib.

“BMT QAK-da işləyən iki jurnalist və onlarla işləyən Əfqanıstan vətəndaşı Kabildə saxlanılıb. Biz vəziyyəti başqaları ilə koordinasiyada həll etmək üçün əlimizdən gələni edirik”, - deyə, BMT QAK açıqlama verib.

"Vəziyyətin xarakterini nəzərə alaraq əlavə şərh verməyəcəyik" deyə qaçqınlar agentliyi Twitter hesabında yazıb.

Taliban rəsmiləri hələlik şərh verməyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatı Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Salehin Twitter-də Talibanın keçmiş BBC jurnalisti Endryu Nort da daxil olmaqla doqquz qərblini “oğurladığını” söyləməsindən bir neçə saat sonra çıxıb. O, həbsdə olan digər qərblinin Peter Juvenal olduğunu müəyyən edib.

Saleh yazıb: “Media olmadığı üçün, vətəndaşlar reportaj hazırlaya bilmədiyi üçün boğucu atmosfer, korrupsiya, cinayət və vəhşiliklər yaxşı ifşa olunmur..Nümunə olaraq, qərb ölkələrinin doqquz vətəndaşı oğurlanıb, onların arasında BBC-dən Endryu Nort və Gandomak restoranının sahibi Peter Juvenal da var"

BBC üçün Bağdad və Beyrutdan reportajlar aparan Nort Əfqanıstanda müstəqil jurnalist kimi işləyir və şəxsi internet saytında Taliban liderləri ilə görüşür.

Taliban ötən ilin avqustunda Əfqanıstanda nəzarəti bərpa etdikdən sonra müxalifləri sıxışdırıb, bir neçə yerli jurnalisti qısa müddətlik saxlayıb və fiziki zorakılığa məruz qoyub. Amma indiyədək heç bir xarici jurnalist saxlanılmamışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG