Accessibility links

Milli fəal Ruzbeh Piri həbs edilib


Ruzbeh Piri

İran Azərbaycanının Təbriz şəhərinin sakini, milli fəal Ruzbeh Piri yanvarin 12-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA xəbər agentliyində dərc olunan məlumata görə, güneyli Prinin həbsi üçün atasının evinə 15 təhlükəsizlik qüvvəsi gəlib.

Daha öncə Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 il həbsə məhkum edilən Ruzbeh Pirinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması, həmin türk fəalın cəzasını tətbiq etmək məqsədilə həyata keçirildiyi güman edilir.

Keçən ilin dekabr ayında Ruzbeh Piri İnqilab Məhkəməsi tərfindən "sistemə qarşı təbliğat aparmaq" və "hökumətə qarşı qruplara üzv olmaq" ittihamlarından müvaviq olaraq 1 il və 5 il həbs cəzasına məhkum edilmişdi.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Apellyasiya Məhkəməsi tərəfindən fəalın vəkili təyin edilən Əsgər Məhəmmədiyə göndərilən vərəqədə Piriyə verilən hökmün 3 il 8 ay müddətinə endirildiyi bildirilir.

Ruzbeh Piri keçən il sentyabrda kəşfiyyat agentləri tərəfindən ağır vəziyyətdə döyülərək həbs edilmişdi. O, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb cəmi 20 gün nəzarətdə qaldıqdan sonra müvəqqəi olaraq girov müqabilində sentyabrın 29-da sərbəst buraxılmışdı.

Milli fəal müvəqqəti olaraq azadlığa çıxdıqdan sonra təhlükəsizlik qüvvələrinin onu həbs edərkən döydüyü barədə məhkəməyə şikayət etsə də, məhkəmə fəalın şikayətini təmin etməyib.

Ruzbeh daha öncə qardaşı Yaşar Pirinin təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar şəkillərini sosial mediadan yaydığı üçün "yalan yaymaq" ittihamından günahkar tanınaraq, 5 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG