Accessibility links

Ekspert: Azərbaycanda sosial medianın tənzimlənməsi çox sərtdir, yeni sərt tələblərə ehtiyac yoxdur 


Əli Hüseynli
Əli Hüseynli

Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib ki, “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib.

Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir.
Əli Hüseynli, Milli Məclisin sədrinin birinci müavini

Onun sözlərinə görə, suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır.

“Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri isə ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir,” Hüseynli qeyd edib.

Xalid Ağaliyev
Xalid Ağaliyev

Media hüququ üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, son 10-15 ildə ölkədə ifadə azadlığını tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər məhdudlaşdırıcı məzmunda olub.

Ekspert: Azərbaycanda sosial medianın tənzimlənməsi çox sərtdir, yeni sərt tələblərə ehtiyac yoxdur
please wait

No media source currently available

0:00 0:03:30 0:00

“Ona görə də belə təklifləri eşidəndə ilk yada düşən əvvəlki trendin davamı olur. Dünya təcrübəsində belə hallar var. Türkiyədə, Almaniyada sosial medianı tənzimləyən ayrıca qanunlar qəbul edilib. Amma həmin qanunların qəbul olunması dini, irqi, nifrət çıxışlarının artmasına daha effektiv müdaxilə olunması ilə əsaslandırılıb. Yəni bu sahədə daha çox məzmunların yayılması səbəbindən qanun qəbul edilib.”

Azərbaycanda internet mediası, sosial media üzərindən yayılan məzmunlara müdaxilə olunması üçün kifayət qədər sərt təcrübə mövcuddur.
Xalid Ağaliyev, ekspert

Ekspert hesab edir ki, Azərbaycanda internet mediası, ümumiyyətlə sosial media üzərindən yayılan məzmunlara müdaxilə olunması üçün kifayət qədər sərt təcrübə mövcuddur.

“Biz bunu son zamanlar bir neçə sosial media istifadəçisinin cəzalandırılmasında, həbs olunmasında, onlarınn yaydıqları məzmunların silinməsi üçün atılan addımlarda gördük. Hesab edirəm ki, bizdə tənzimləmə kifayət qədər sərtdir. Əlavə sərt tələbləri gətirmək üçün ortalıqda səbəblər yoxdur.”

Ağaliyevin fikrincə kibertəhlükələr var və həmişə olacaq.

“Burada söhbət kibertəhlükələrin qarşısnı almaq üçün hüquqi mexanizmlərin olmasından gerdə bilər. Bu sahədə Azərbaycanın Cinayət Məcəlləsində məsuliyyət var. Azərbaycan kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Ölkə konvensiyaya qoşulan zaman kibercinayətkarlıqla mübarizə sahəsində qanuni mexanizmlər də yaradıb.”

Ekspert yeni “Media haqqında” qanunun qəbulundan sonra “Sosial media haqqında” qanunun yaradılmasına ehtiyacın olub-olmaması ilə bağlı sualın cavabında deyib ki, “Media haqqında” yeni qanun həm daxildə, həm də Azərbaycanın qarşısında öhdəliyi olan beynəlxalq qurumlar tərəfindən tənqidlə qarşılanıb.

“Yeni qanunun qəbulu “KİV haqqında” və “Teleradio yayımı haqqında” qanunların qüvvədən düşməsinə səbəb oldu. “KİV haqqında” qanun internetrin tənzimlənməsini tam əhatə etmişdi. Bu qanunların qüvvədən düşməsi müəyyən qanunvericilik aktlarına dəyişiklilər və əlavələrin edilməsini zəruri edə bilər. Ancaq bunu ayrıca bir qanun şəklində qəbul etməyə zərurət görmürəm,” o qeyd edib.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə internet üzərində hər hansı senzuranın mövcud olmadığını bildirir. Rəsmi Bakı bütünü fundamental azadlıqların, o cümlədən söz və ifadə azadlığının tam təmin edildiyini, insanların mövqelərinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 167-ci yeri bölüşür. Yerli hüquq müdafiəçiləri ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir.

Human Rights Watch” insan hüquqları təşkilatı bildirib ki, Azərbaycanda siyasi həbslər “fırlanan qapı”ya bənzəyir- bəzi insanlar sərbəst buraxılır, onların yerinə daha çox insan saxlanılır və hələ də həbsdə qalan insanlar var.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG