Accessibility links

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi altı il azadlıqdan məhrum edildi


İlqar İsamylov
İlqar İsamylov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibinə İlqar İsmayılov altı il azadlıqdan məhrum edilib. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Yerli media yazır ki, "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi məhkəmə proseslərində çıxış edərkən özünü təqsirli bilməyib. İsmayılovun sözlərinə görə, o, "İdeal"ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

İsmayılov məhkəmədə haqqı bərpa olunana qədər mübarizəni davam etdirəcəyini bildirib.

İş adamının vəkilləri də hökmü qanunsuz və əsassız hesab edir. Müdafiəçilər hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.

Hələlik İlqar İsmayılovun yaxınlarından və vəkilindən hökmlə bağlı detallı reaksiya almaq mümkün olmayıb.

Yanvarın 17-də dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılova 8 il həbs cəzası istəyib və onun üzərinə həbs qoyulmuş evinin müsadirə olunmasını təklif edib. Amma hakimlər bu məsələdə fərqli qərar verib. Evin üzərindən həbs götürülüb.

İstintaq İsmayılovu 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG