Accessibility links

Yəməndə BMT-nin beş əməkdaşı oğurlanıb


Beynəlxalq qurumun bazar günü bildirdiyinə görə, BMT-nin beş əməkdaşı müharibənin viran qoyduğu Yəmənin cənubunda oğurlanıb.

BMT sözçüsü Eri Kaneko Frans Press Agentliyinə beş nəfərin cümə günü “səhra missiyasını başa vurduqdan sonra” liman şəhəri Ədənə qayıdarkən cənubda Abyan vilayətində oğurlandıqlarını bildirib

“BMT onların azad edilməsini təmin etmək üçün hakimiyyətlə sıx əlaqə saxlayır,” Kaneko əlavə edib.

BMT əməkdaşlarının kimlər tərəfindən oğurlandığı bəlli deyil.

Ədən 2014-cü ildə Yəmən hökuməti Husi üsyançıları tərəfindən paytaxt Sənadan çıxarıldıqdan sonra ölkənin beynəlxalq səviyyədə tanınan hökumətinin iqamətgahına çevrilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri yüz minlərlə insanın ölümünə səbəb olan münaqişədə İranla əlaqəli husilərə qarşı mübarizədə hökuməti dəstəkləyir.

Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.

Münaqişə milyonlarla insanın yaşadıqları yerləri məcburi şəkildə tərk etməsinə səbəb olub ki, BMT bunu dünyanın ən böyük humanitar böhranı adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG