Accessibility links

Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?


Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?
Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?

Fevralın 14-ü dünyada – Sevgililər Günü kimi qeyd edilir. (Valentine’s day) Romeo və Cülyetta, Leyli və Məcnun, Fərhad və Şirin günü...

Sevgililər günü insanlara bir-birlərinə olan sevgi duyğularını, məhəbbət mesajlarını bildirməsi üçün bir imkandır.

Bəziləri isə inanır ki, dünyada sevgi və romantikanı qeyd edən bu yeganə günün müasir versiyası qazanc götürmək istəyidir.

Azərbaycanda Valentin Günü kütləvi şəkildə qeyd edilmir. Amma qeyd edənlərin də sayı az deyil.

Amerikanın Səsinin müxbiri fevralın 14-də paytaxt Bakının küçələrində Sevgililər Gününü qeyd edənlərlə söhbət etməyə çalışıb.

Belə ki, paytaxt Bakıda əvvəlki illərlə müqayisədə Sevgililər Gününü qeyd edənlərin sayı o qədər də çox deyil. Yalnız paytaxtın bəzi kafelərində, gül dükanlarında, küçə ticarətçilərinin piştaxtasında sevgi payı olan əlvan çiçəklər, müxtəlif suvenirlər alanlara rast gəlmək olur.

Dükan sahibləri, satıcılar isə satışla bağlı müxtəlif münasibət bildiriblər. Onlar gül satışının ilbəil zəiflədiyini deyir.

Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?
Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?

Maraq üçün kiçik müsahibələr apararaq azərbaycanlıların “Sevgililər Günü”-nündə sevdiklərinə hədiyyə etdiklərini də öyrəndik. Cavablar o qədər də fərqli deyil. Küçədə rast gəldiyimiz insanların çoxunun, əsasən də gənclərin əlində tək bir qırmızı qızılgül və ya nadir hallarda gül buketi gördük.

Oyuncaq satan küçə ticarətçisi Təmkin Nağyev deyir ki, pandemiya dönəmində işlər çox zəifləyib.

“Pandemiya dönəmində işimiz çox zəifləyib. Alverimiz getmir. Əhali qiymətini soruşur, bahadır deyə almırlar. Tək bir gül ilə bu günü qeyd edirlər. Məsələn, biz bu gün hələ bir dənə belə oyuncaq ayı satmamışıq. Əslində bu bizim bayram deyil. Amma nə edək, çörəyimiz buradan çıxır.”

Gül dükanının satıcısı Ruslan Abullayev də pandemiya vaxtı əhalinin alıcılıq qabiliyyətinin əvvəlki illərə nisbətən daha çox zəiflədiyini deyir.

“Camaatda pul var? Camaatın hamısı acdır. Əvvəllər orta hesabla 20 manatlıq gülü indi 10 manata satırıq. Heç onu da almaq istəmirlər. Hər bir ərzağın qiyməti qalıxıb. Gülün qiyməti isə düşüb”, o deyib.

Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?
Azərbaycanda Sevgililər Günü necə qeyd edilir?

Ətir dükanının satıcısı Məhəmmədəli Hüseynov ticarətin zəifləməsindən şikayətlənib.

“Ən çox maksimum 20 manat civarında ətir alırlar. Əvvəllər isə belə deyildi. Hədiyyə üçün daha çox ətir alırdılar. Bu bayram mənasızdır. Bir günlə nə olur ki, sevən həmişə sevir”, o deyib.

Bakı sakini İlhamə Məmmədova həyat yoldaşının ona çiçək almasına işarə edərək bunları deyib:

“Bu günün keçirilməsinə qarşı deyilik. Hər bir qadın sevib-sevilmək istəyər. Sevilmək hər bir qadının haqqıdır.”

Paytaxt sakini Orxan Dadaşov isə qeyd edir ki, hər bir insanın sevgiyə ehtiyacı var:

“Sevginin günü olmur. Amma maddi baxımından söyləsək, ən azı ildə bir dəfə kiçik də olsa gül alıb, bu bayramı qeyd etmək olar. Kimin imkanı nəyə çatırsa öz sevgilisinə hədiyyə edə bilər.”

Bakı sakini Fəridə Mehdiyeva Azərbaycanda Sevgililər gününün (Valentin Günü) keçirilməsindən məmnundur:

“Azərbaycanda Valentin Günü çox gözəl keçirilir. Düzdür bəzi insanlar bu bayramın keçirilməsini istəmir. Amma mən istəyirəm. Mən bu əhval-ruhiyyəni özümdə hiss edirəm.”

Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir hələ də tam formalaşmadığını düşünənlər də var. Bakı sakini Elxan Arifli deyir ki, bu bayram Azərbaycanın milli bayramı deyil:

“Əslində bu bayram bizim bayram deyil. Xristinalardan gələn bayramdır. Sevənlərin günü olmaz. Sevən üçün hər gün bayramdır. Biz bu bayramı qeyd eləmirik. Bizim üçün bayram Ramazan və Qurban bayramıdır.”

Bir qrup insanlar isə 14 fevralın 30 iyun – “İlham və Fərizənin toy günü” ilə (https://az.wikipedia.org/wiki/%C4%B0lham_v%C9%99 _F%C9%99riz%C9%99 ) əvəzlənməsini təklif edir.

Azərbaycanda 20 Yanvar matəm günüdür
Azərbaycanda 20 Yanvar matəm günüdür

30 İyun - tarixin yaxın zamanının həqiqətini əks etdirir. 1990-cı il yanvarın 20-də keçmiş Sovet Ordusunun Bakını işğalı zamanı baş verib İlham və Fərizə Allahverdiyevlər cəmi altı ay əvvəl – iyunun 30-da ailə həyatı qurmuşdular.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə İlhamı da Bakının mübarizə meydanlarına atmışdı. Qanlı Yanvar gecəsi silahsız insanların mübarizə selində hayqıran İlham Sovet Ordusunun gülləsinə tuş gələrək həlak olub. Sevgilisinin ölümünə dözməyən Fərizə də özünü öldürüb. Onlar, iki sevgili Bakıda Şəhidlər Xiyabanında bir qəbirdə dəfn edilib. Amma Azərbaycanda hələ bu gün də rəsmi olaraq sevgililər günü deyil.

Valentin günü

Valentin Gününün kökü Qədim Roma dönəmində təqib olunan xristian keşişdən qaynaqlanır. Arxyepiskop Ternili Valentin həmin vaxt qaydalara zidd çıxaraq Roma əsgərlərini evləndirir, onların nikahına xeyir-dua verirdi. İkinci əsrin sonlarında İmperator Aurelian pasifist düşüncələrinə görə dövlətə təhlükə sayılan xristianları kütləvi şəkildə təqib etməyə başladı. Rəvayətə görə Valentin onun saxlandığı həbsxana rəisinin qızını xilas etmiş və edam olumazdan bir az öncə qıza yazdığı məktubu “Sənin Valentinin” imzası ilə bitirmişdi. Sonralar Valentin öz fədakarlığına görə xristian ənənəsində müqəddəslik statusu aldı. Əsrlər keçdikcə Valentin Avropada, daha sonra isə Asiyada və Latın Amerikasında məhəbbət simvoluna çevrilməyə başladı.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG