Accessibility links

“Müdafiə Xətti” Təşkilatının hesabatında fiziki zorakılıq və işgəncə hallarından bəhs edilir


Müdafiə Xətti təşkilatı
Müdafiə Xətti təşkilatı

“Müdafiə Xətti" İnsan Haqları Təşkilatının fevralın 14-də "2022-ci ilin yanvar ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair" yaydığı hesabatında bu ilin yanvar ayında hakimiyyətin tənqidçilərinə qarşı təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktlarını davam etdiyi bildirilib.

"Çox təəssüf ki, Azərbaycanda mövcud hakimiyyətin dövründə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da qeyri-qənaətbəxş hal almaqdadır. Siyasi, iqtisadi, hətta mədəni yaradıcılıq azadlıqları da artıq hakimiyyət tərəfindən iqnor edilib," təşkilatın icraçı direktoru Rüfət Səfərov bu gün, təşkilatının hesabatının təqdimatı zamanı bildirib.

Brifinqdə "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin məhkəmə prosesindəki çıxışına da toxunulub. Rüfət Səfərov bildirib ki, partiya sədri həbs olunduqdan sonra ölümlə hədələndiyini qeyd edib.

"Müdafiə Xətti" təşkilatının brifinqində eyni zamanda keçmiş səfir Eldar Həsənovun və siyasi fəal Fuad İsmayılovun həbsi, xarici ölkədən deportasiya olunan fəallar və "Tərtər işi" üzrə də müzakirələr aparılıb.

Rəsmi qurumlar təşkilatın hesabatına hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı insan hüquqları ilə bağlı tənqidi qeydləri bir qayda olaraq qəbul etmir. Dövlət rəsmiləri ölkədə fundamental hüquq və azadlıqların tam təmin edildiyini bildirir. İşgəncələrlə bağlı deyilənlərə gəlincə, hüquq mühafizə orqanları belə bəyanatları təkzib edir və özünü müdafiə xarakteri daşıdığını bildirir.

Bununla yanaşı, Azərbaycan media azadlığı indeksandə dünyada 180 ölkə arasında 167-ci yeri bölüşür. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda ifadə azadlığ ilə bağlı 16 şikayəti, işgəncə faktları üzrə 56 şikayəti təmin edib.

XS
SM
MD
LG