Accessibility links

Ərdəbildə iki məhbus edam edilib


Ərdəbil həbsxanasında saxlanılan və edam cəzasına məhkum edilən iki məhbusun edam hökmü icra edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb. İranın heç bir xəbər mənbəyi bu barədə məlumat verməyib.

Fevral ayının 6-da Ərdəbil Həbsxanasında əvvəllər adam öldürməkdə təqsirli bilinən Yusuf Təhəmtən və Behzad Təhəmtən adlı iki məhbusun edam hökmləri icra edilib.

Qətl ittihami ilə suçlanan bu iki vətəndaş 3 il müddətində Ərdəbil Mərkəzi Həbsxanasında saxlanırdılar.

Beynəlxalq qurumların yaydığı hesabata görə, İran əhalinin adambaşına düşən sayına görə edamlara görə dünyada ən çox edam cəzası tətbiq olan ölkələrdəndir.

İran həmçinin yetkinlik yaşına çatmayan cinayətkarları ən çox edam edən ölkədir. Çin ilə İran dünyada edam cəzasının ən yüksək icra nisbətinə malikdir.

Amensty International təşkilatının 2020-ci ilə aid hesabatına görə, İran 9 qadın edam edərək, qadınların ən çox edam olunduğu ölkə adını alıb.

HRA xəbər agentliyi yaydığı hesabatda 2021-ci ildə İranda 299 nəfərin edam edildiyini qeyd edib. Həmin hesabata görə, edam olanlardan 4-ü cinayətin baş verdiyi zaman yetkin yaşda olmayıb.

BMT-nin İranda insan haqları üzrə müstəqil məruzəçisi Cavid Rəhman İranda edam sayının rəsmi statistikada yer almadığını tənqid edib.

XS
SM
MD
LG