Accessibility links

Azərbaycan Baş Prokurorluğu: DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir


Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov açqılamasında deyib.

Nemət Əvəzov qeyd edib ki, qəzanın pilotların səhlənkarlığı ucbatından baş verməsi müəyyən edilib.

“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib,” o bildirib.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG