Accessibility links

Rusiya Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələrinin bir hissəsinin bazalarına qayıdacağını bəyan edib


Rusiya çərşənbə axşamı bildirib ki, Ukrayna yaxınlığında yerləşdirilən qüvvələrinin bir hissəsi hərbi təlimləri başa vurduqdan sonra öz bazalarına qayıdacaq.

Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlamasında ölkə daxilində genişmiqyaslı təlimlərin davam edəcəyini, lakin Cənub və Qərb hərbi dairələrinin bəzi bölmələrinin hərbi təlimləri başa vuraraq bazaya qayıtmağa başladığını bildirib. Qoşunların hərəkətini təsdiqləmək mümkün olmayıb.

"Təlim başa çatdıqdan sonra qoşunlar həmişə olduğu kimi geri, öz bazalarına qayıdacaq. Cənub və Qərb hərbi birləşmələrinin təlimlərini yerinə yetirən bölmələri artıq qatarlar və maşınlara yüklənməyə başlayıb. Onlar öz bazalarına doğru hərəkətə başlayacaq. Bəzi bölmələr geri öz hərbi kolonnaları ilə dönəcəkr” - deyə, rəsmi bildirib.

Bu açıqlama Rusiyanın Ukraynaya təhlükəli təcavüzünün qarşısını almaq üçün diplomatik səylərin intensivləşdirildiyi fonda verilib. Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna böhranını müzakirə etmək üçün çərşənbə axşamı Moskvaya səfər edib. Almaniya məsələni dialoq və sülh yolu ilə həll etməyə çağırıb və vəziyyətin “hər an gərginləşə biləcəyi” barədə xəbərdarlıq edib. Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlamasında gərginliyi azaltmaq və Ukrayna ilə sərhəddə yerləşən ərazilərdən qoşunları çıxarmağn Rusiyadan asılı olduğunu bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbi bazar ertəsi jurnalistlərə deyib ki, “hətta son 24-48 (saat) ərzində cənab Putin Ukrayna ilə sərhəddə və Belarusda hərbi potensialı artırıb. O, böyük hərbi əməliyyat planlaşdıran bir adamdan gözlənilən hərəkətləri etməyə davam edir”.

Rusiya Ukraynaya nüdaxilə etmək planlarını rədd edir, lakin eyni zamanda, Qərbdən Şimali Atlantika Müqaviləsi Təşkilatının Ukraynanı qəbul etməyəcəyinə dair qarantiya istəyir.

Birləşmiş Ştatlar, NATO və Ukrayna isə bu tələbi rədd edərək, ölkələrin öz təhlükəsizliyi ilə bağlı qərarlarını özlərinin verməli olduqlarını bildirib.

Pentaqon bazar ertəsi bildirib ki, müdafiə naziri Lloyd Austin və NATO-nun baş katibi Yens Stoltenberq telefon söhbəti zamanı “güclü çəkindirmə və müdafiənin saxlanmasının vacibliyini” müzakirə edib və Rusiyanın hərəkətlərinin nəticədə gözlənilənlərin əksinə – daha güclü və daha vahid NATO-ya gətirib çıxaracağını vurğulayıblar.

Austin bu həftə Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edəcək və Ukraynanın qonşuları Polşa və Litvaya səfər edəcək.

Dövlət katibi Antoni Blinken bazar ertəsi axşam saatlarında “Rusiyanın sabitliyi pozan davranışları qarşısında iqtisadi sabitliyi, inkişafı və xalqının rifahını təmin etmək qabiliyyətini gücləndirmək üçün ABŞ-ın Ukraynaya 1 milyard dollara qədər kredit verəcəyini" bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG