Accessibility links

Ukrayna-Rusiya böhranında son durum


A Ukrainian serviceman fires an NLAW anti-tank weapon during an exercise in the Joint Forces Operation, in the Donetsk region, eastern Ukraine, Feb. 15, 2022.
A Ukrainian serviceman fires an NLAW anti-tank weapon during an exercise in the Joint Forces Operation, in the Donetsk region, eastern Ukraine, Feb. 15, 2022.

Rusiya ilə Ukrayna arasındakı münaqişədə son durum:

* Rusiya Müdafiə Nazirliyi bəzi qüvvələrin təlimləri başa vurduğunu və öz bazalarına qayıdacaqlarını bildirib.

* Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etdib. Almaniya Rusiyanı gərginliyi azaltmağa və qoşunlarını geri çəkməyə çağırır.

* Pentaqon müdafiə naziri Lloyd Ostin və NATO rəhbəri Yens Stoltenberqin Rusiyanın hərəkətlərinin şərq cinahında təcavüzə qarşı müdafiə etməyə hazır olan NATO-nu daha da vahidləşdirəcəyini vurğulayıb.

* Birləşmiş Ştatlar Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün ona 1 milyard dollar kredit zəmanəti verdiyini açıqlayıb.

* Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinə ABŞ və NATO ölkələri ilə danışıqları davam etdirməyi təklif edib. Baxmayaraq ki, Qərb Putinin Ukraynanın NATO hərbi alyansına mümkün üzvlüyünü istisna etmək barədə əsas tələbini rədd edib.

* Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmağı tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya həmçinin bildirir ki, Qərb müdafiə alyansı Ukraynanın NATO-ya üzvlük cəhdini rədd etməlidir, Birləşmiş Ştatlar bunu “mümkünsüz” adlandırır.

XS
SM
MD
LG