Accessibility links

Əfqan komandir ABŞ-da ailəsinə qovuşacağına ümid edir


Əfqan komandir ABŞ-da ailəsinə qovuşacağına ümid edir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Əfqan komandir ABŞ-da ailəsinə qovuşacağına ümid edir

Əbdül Kəbir Salarzai yerli anti-Taliban komandiri kimi çalışdığı Əfqanıstanın şərqindən təxliyə olunduqdan sonra ABŞ-da ailəsinə qovuşacağına ümid edir. Kabilin Talibanın əlinə keçməsindən sonra o, ailəsinin yalnız bir hissəsi ilə bölgəni tərk edib.

53 yaşlı Əbdul Kəbir Salarzai Əfqanıstanın şərqində yerli polis komandiri kimi 15 ildən çox ABŞ qüvvələri ilə sıx əməkdaşlıq etdiyini deyir. Avqust ayında Kabil Talibanın əlinə keçəndə o, bəzi ailə üzvləri ilə birlikdə təxliyə edilsə də, bir çoxu geridə qalıb, o cümlədən üç həyat yoldaşından ikisi və 36 övladından 20-si.

Qaçanların əksəriyyəti hazırda Corciya ştatının Atlanta şəhərində yaşayır. Salarzainin 7 yaşlı oğlu İrfan evakuasiya zamanı xəstələnib və müalicə üçün BƏƏ-də qalıb.

“Oğlumdan biri xəstələndi, biri isə xəstəxanada onunla birlikdə qalmalı oldu”- deyə, Salarzai bildirib.

Amerikanın Səsinə video-müsahibdədə İrfan ailəsinə qoşulmağa hazır olduğunu deyib.

“Mən indi yaxşıyam. Hec bir problemim yoxdur. Valideynlərim üçün çox darıxıram və onları və bacı-qardaşlarımı tez bir zamanda görmək istəyirəm”.

Salarzai deyir ki, bütün ailəsinin ABŞ-da və dünyanın digər yerlərində səpələnməsi ağrılıdır.

Hamımız onlar üçün darıxırıq. Özləri də sürgündən çox yorulublar, ayrılmışıq. Oğlumdan biri ailəsi ilə Virciniyadakı düşərgədədir. İkisi (BƏƏ-də) geridə qalıb. Biz bura gəldik, bəziləri hələ də ölkədədir”.
Bu arada, başqaları Amerikada həyata uyğunlaşır.

“ABŞ-a gəldiyim və təhsil aldığım üçün çox xoşbəxtəm”- deyə, onun oğlu Fərhad bildirib.

Lakin Salarzai ailəsinin gələcəyindən narahatdır.

“Baş verənlər keçmişdə qalıb. Gələcəyimiz nə olacaq? Bizim işimizlə bağlı hansı qərarlar veriləcək və biz nə vaxt birləşəcəyik?”

Salarzai deyir ki, o, bütün ailəsinin ABŞ-da yenidən bir yerdə olacağına ümid edir və o, çoxarvadlılığın Amerikada qeyri-qanuni olduğu üçün onların birlikdəki gələcəklərinin qeyri-müəyyənliyi daha da artırdığını bilir.

Bu arada, ABŞ Dövlət Departamenti keçən ay 74000 əfqanın ABŞ-a köçürüldüyünü və Salarzai ailəsi kimi bir çoxlarının da yeni həyata uyğunlaşdığını və daha yaxşı gələcəyə ümid etdiklərini bildirib.

XS
SM
MD
LG