Accessibility links

“ABŞ Azərbaycan-Ukrayna əlaqələrini tam dəstəkləyir,” ABŞ-Azərbaycan əlaqələrinin 30 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib


“ABŞ Azərbaycanın müstəqilliyinə və suverenliyinə güclü dəstək verir. Bu 30 il ərzində ölkələrimiz iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq edib.”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger fevralın 16-da iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təşkil edilən "dəyirmi masa"da bildirib.

Səfir Rusiyanın Ukrayna ilə sərhədə çoxsaylı qoşun cəmləməsinin ABŞ üçün narahatedici olduğunu, Rusiyanın Ukraynanın işğalına hər an başlaya biləcək hərbi potensiala malik olduğunu qeyd edib.

Təəssüf ki, Rusiya bu müstəqil və suveren ölkələrin müstəqilliyini təhdid edir

“Bu il biz Azərbaycanla, eləcə də regiondakı bir neçə ölkə ilə əlaqələrimizin 30-cu ildönümünü qeyd edirik. Biz bu ölkələrin müstəqilliyinə və suverenliyinə güclü dəstək veririk. Təəssüf ki, Rusiya bu müstəqil və suveren ölkələrin müstəqilliyini təhdid edir,” o qeyd edib..

Səfir Litzenberger Ukrayna ilə bağlı danışarkən deyib ki, Rusiyanın hərkətləri təhdiddir.

“Diplomatik həll yolu tapıla bilər və əminliklə deyə bilərəm ki, bu, bizim ilk seçimimizdir. Amma biz Rusiyanın niyyətinin nə olduğunu bilmirik. Biz onun sərhəddəki imkanlarını bilirik və bu, birbaşa qəbuledilməz təhdiddir.”

Onun dediyinə görə, ABŞ Prezidenti Co Bayden güc tətbiqindən qaçmaq məqsədi ilə Ukrayna və Rusiya hökumətləri ilə yaxın təmasdadır və bu istiqamətdə çox çalışır.

Li Litzenberqer Prezident İlham Əliyevin Kyivə səfərinin Ukraynanın suverenliyinə Azərbaycanın dəstəyinin nümayiş etdirilməsi baxımından böyük önəm daşıdığını bildirib.

Mən Prezident İlham Əliyevin Kiyevə səfərinin önəmini xüsusi qeyd etmək istəyirəm. Bu səfər Azərbaycanın Ukraynanın müstəqilliyinə dəstəyini, iki ölkə arasında güclü ikitərəfli əlaqələri nümayiş etdirir.

“Regiondakı bütün ölkələr öz müstəqilliklərini müdafiə etməli və aydın şəkildə göstərməlidir ki, bugünkü dünyada heç kim saatı 30 il geriyə çəkə bilməz. Mən Prezident İlham Əliyevin Kiyevə səfərinin önəmini xüsusi qeyd etmək istəyirəm. Bu səfər Azərbaycanın Ukraynanın müstəqilliyinə dəstəyini, iki ölkə arasında güclü ikitərəfli əlaqələri nümayiş etdirir. ABŞ bu əlaqələri tam dəstəkləyir,” o qeyd edib.

Səfirin dediyinə görə, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksək qiymətləndirir. NATO baş katibi Stoltenberq də dünən prezident Əliyevə zəng etdiyi zaman bunu qeyd edib.

"Azərbaycanın rolu böyükdür, belə ki, Rusiya Ukrayna ətrafında sabitliyi pozur, Avropaya qaz tədarükünü azaldır. Buna görə qaz tədarükünün şaxələndirilməsi üzrə addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü iki dəfə artırmaq potensialına malikdir, amma bu, investisiya və zaman tələb edir. Transxəzər Qaz Kəmərinə gəlincə, bu, Türkmənistan qazının böyük ehtiyatlarını "blokdan çıxarmaq" və Avropaya çatdırmaq üçün daha bir imkandır. Bunun üçün suveren ölkələrin qərarına və özəl şirkətlərin investisiyalarına ehtiyac var," o bildirib.

Round table on the 30th anniversary of US-Azerbaijani relations
Round table on the 30th anniversary of US-Azerbaijani relations

İran qazına gəlincə, Azərbaycan, İran və Türkmənistan Cənub Qaz Dəhlizi çərçivəsində müəyyən qaz həcminin mübadiləsi haqqında razılıq əldə edib.

"Biz Avropaya qaz tədarükünün artırılması ilə bağlı istənilən varianta açığıq, çünki onlar hamısı Azərbaycandan keçir. Bu, Azərbaycan üçün də yaxşıdır, ABŞ üçün də yaxşıdır," o qeyd edib.

ABŞ regionda hərtərəfli sülhü, bütün regionun rifahına xidmət edəcək nəqliyyat bağlarının açılmasını dəstəkləyir.

ABŞ səfiri regiondakı son durumdan danışarkən deyib ki, ABŞ regionda dayanıqlı sülhə və nəqliyyat yollarının açılmasına tərəfdardır.

“ABŞ regionda hərtərəfli sülhü, bütün regionun rifahına xidmət edəcək nəqliyyat bağlarının açılmasını dəstəkləyir”.

Səfir bildirib ki, ABŞ Cənubi Qafqazın hər üç ölkəsini daha güclü, dayanıqlı və daha müstəqil görmək istəyir.

“Biz, həmçinin regional əməkdaşlığın artmasını görmək istəyirik. Bu, bir qədər vaxt ala bilər, amma biz istənilən məsələdə tərəflərin bir araya gətirilməsini dəstəkləməyə hazırıq.”

Litzenberger post-münaqişə dövründə ABŞ-ın mühüm rolunu qeyd edib.

“Bizim təşəbbüsümüzlə saxlanılan ermənilərin minalanmış ərazilərin xəritəsi ilə ilk mübadiləsi baş tutdu. Hər iki sahədə görüləsi çox iş var. Mən 90-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı ilə bağlı son dövrlərdəki tərəqqini görməkdən məmnunam. Biz hər zaman hər iki tərəfi etimadın qurulması tədbirlərində iştirak etməyə çağırırıq.”

Litzenberger həmçinin minalanmış ərazilər, məcburi köçkünlərin geri qaytarılması, Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələlərinə də toxunub.

O hesab edir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması regionda yeni nəqliyyat və logistika imkanları açacaq.

“Bizim siyasətimiz nə Ermənistana, nə də Azərbaycana silah verməkdir, çünki biz həmişə münaqişənin həllini istəmişik.”

Səfirinin fikrincə, münaqişəyə münasibətdə Rusiyanın baxışı fərqlidir, Rusiya hər iki ölkəyə silah satır.

“Lakin bu, Azərbaycana öz sərhədlərini qorumaq üçün təhlükəsizlik yardımı göstərməyimizə mane olmadı və biz təlimlər keçirdik və ölkəni yeni avadanlıqlarla təmin etdik.”

Azərbaycan sərhədlərində narkotiklərin müsadirəsi ötən illə müqayisədə iki dəfə artıb və bu rəqəmin 2022-ci ildə üç dəfə artması gözlənilir.

Litzenberger qeyd edib ki, ABŞ-ın təşkil etdiyi treninqlər və verdiyi avadanlıqlar sayəsində Azərbaycan sərhədlərində narkotiklərin müsadirəsi ötən illə müqayisədə iki dəfə artıb və bu rəqəmin 2022-ci ildə üç dəfə artması gözlənilir.

Səfir ABŞ şirkətlərinin artıq Azərbaycanın azad olunmuş ərazilərdə fəaliyyət göstərdiyini bildirib.

“Mən daha çox ABŞ şirkətini azad olunmuş ərazilərdə görmək istərdim. Onları cəlb etmək üçün daha çox açıq tenderlər keçirilməli, işgüzar mühit daha əlverişli vəziyyətə gətirilməlidir. Azərbaycan böyük potensiala malikdir, biz də təcrübəmizi bölüşməyə hazırıq,” o qeyd edib.

ABŞ səfiri azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrilə bağlı layihələrdə də ABŞ şirkətlərinin iştirak edəcəyinə inandığını bildirib.

Səfir Litzenberger Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə ABŞ-ın dəstək veridyini diqqətə gətirib.

“Bu sahədə ABŞ lazımi təcrübə və texnologiyalara malikdir. Bu sahədə Amerikanın Marşal Miras İnstitutu ilə ANAMA arasında səmərəli əməkdaşlıq mövcuddur.”

ABŞ səfiri hazırda 500-dək Azərbaycan vətəndaşının ABŞ-da müxtəlif proqramlar üzrə təhsil aldığını bildirib

Onun sözlərinə görə, insanlar arasında münasibətlər və təhsil Azərbaycan-ABŞ əməkdaşlığının vacib tərkib hissələridir.

“Biz ingilis dilinin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün məktəblər və digər təhsil müəssisələri ilə işləyirik. İngilis dilinin öyrənilməsinə böyük tələbat var. Ölkələr arasında təhsil sahəsində çoxsaylı mübadilə proqramları mövcuddur. Bunlara misal kimi FLEX-i göstərmək olar,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG