Accessibility links

Əli və Rza Vasiqilər Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb


Əli və Rza Vasiqi Ərdəbil Həbsxanasından Məzuniyyətə buraxılıb
Əli və Rza Vasiqi Ərdəbil Həbsxanasından Məzuniyyətə buraxılıb
Ərdəbil həbsxanasında saxlanılan güneyli siyasi məhbuslar qısa müddət üçün məzuniyyətə buraxılıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Əli Vasiqi fevralın 13-də və qardaşı Rza fevralın 14-də məzuniyyətə buraxılıb.

Əli Vasiqinin 3 gün və qardaşı Rza isə 10 gün müddətinə məzuniyyətə çıxdığı bildirilir. Son günlərdə Ərdəbil həbsxanasında saxlanılan digər tanınmış siyasi məhbus Abbas Lisani də onurğa bölgəsindən əməliyyat üçün məzuniyyətə buraxılıb.

Ərdəbilli fəallar Əli və Rza Vasiqi 2020-ci ilin iyun ayında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında bir həftə dindirildikdən sonra 110 milyonluq mülki zəmanət müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Rza və Əli Vasiqi müvafiq olaraq 2 və 3 il həbsə məhkum edilsə də, Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi Əli Vasiqinin 3 il həbs hökmünü 2 ilə endirmişdi.

Vasiqi qardaşları "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" və "sistemə qarşı təbliğat aparmaq" ittihamlarından günahkar tanınıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG