Accessibility links

Yük avtomobillərinin sürücüləri etiraz olaraq Bakıda əsas magistralı bağlayıb


Truck drivers closed the main highway in Baku in protest
Truck drivers closed the main highway in Baku in protest

Fevralın 17-də səhər saatlarında dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.

Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz edir.

Yük avtomobillərindən birinin üzərinə yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullarımız xarab olmaq üzrədir, müflis olmuşuq”.

Bir müddət sonra Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər nəticəsində yol açılıb.

Etiraz edən avbtomobillər "R Qpup Azerbaijan" Karqo Şirkətinə məxsusdur. Şirkətin Mətbuat xidmətinin rəhbəri Rəşad Borcəli Amerikanın Səsinə deyib ki, etirazlarına səbəb R-Qrup Karqo şirkətinə beynəlxalq daşımalar üçün yol vərəqinin verilməməsidir.

“Bunlar şəxsi-qərəzliklə bizim şirkətə cəmi iki yol vərəqi verib. Amma elə şirkətlər var ki, tanışlıqla, qohumluq əlaqələri ilə 200-dən çox beynəlxalq daşımalar üçün yol vərəqi verirlər. Yol vərəqinin dövlət rüsumu 20 manat olduğu halda bunlar 300 manat tələb edirlər,” o qeyd edib.

Rəşad Borcəli deyib ki, “R Qrup Azerbaijan” Karqo şirkəti Rusiya bazarına ət və ət məhsulları daşıyır.

please wait

No media source currently available

0:00 0:02:40 0:00

“Bu məhsullar dörd gün ərzində satılmalıdır. Lakin yol vərəqi vermirlər. Bu da hər yük avtomobilində 52 min manat ziyan deməkdir. Bizim şirkət bu qədər ziyanı niyə ödəməlidir?” o qeyd edib.

Öz növbəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi deyilənləri təkzib edib. Əksinə yol vərəqlərinin verilməsində neqativ hlların aradan qaldırldığını, qayda-qanun yaradıldığını bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, ötən ilin iyun ayından Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir.

“İcazələrin bölgüsündə daşıyıcıların özləri də iştirak edir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyasının saytında ictimailəşdirilir. Əvvəlllər mövcud olmuş mənfi hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar onlara ayrılan icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər. Blankların sayı məhdud olduğundan onların qabaqcadan real tələbatdan artıq alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, beynəlxalq daşımalar həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur,” məlumatda qeyd edilir.

Nazirliyin məlumatında deyilir ki, yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.

“Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə xidmətin normal iş ahəngini pozub. Sonuncu dəfə 27 dekabr 2021-ci ildə Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət Nərimanov rayon Polis İdarəsinə müraciət edib və polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi xidmətin inzibati binasının qarşısından götürülüb, Rəşad Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.”

Nazirlik bildirir ki, Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci ildən etibarən “R Group Azerbaijan” MMC Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvlüyündən çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG