Accessibility links

Almaniya COVİD məhdudiyyətlərinin əksəriyyətini yumşaltmağa başlayacaq


Omikron variantının yaratdığı yoluxma nisbətləri azaldığı üçün Almaniya martın 20-dək koronavirus məhdudiyyətlərinin əksəriyyətini yumşaltmağa başlayacaq. Kansler Olaf Şolts çərşənbə axşamı martın 20-ni "Azadlıq günü" adlandıraraq, əksər məhdudiyyətlərin üç mərhələdə qaldırılması ilə bağlı planı təsdiqləyib.

Almaniyanın bu qərarını virusun sürətlə yayılmaqda davam etməsinə baxmayaraq, qonşu Avstriya və İsveçrənin bir çox məhdudiyyətlərini qaldırmasından sonra verib.

Honq-Konqun baş icraçı direktoru Kerri Lamın çox sərt təcrid tədbirlərinin tətbiq edilməsini istisna etməsindən sonra Çin lideri Tsi Jinpin çərşənbə günü omikronun səbəb olduğu epidemiyaya nəzarət etmək üçün "bütün lazımi tədbirlərin" görülməsini tövsiyə edib.

Honq Konqun icraçı direktoru çərşənbə axşamı jurnalistlərə bildirib ki, koronavirus infeksiyalarında artımla mübarizə üçün maliyyə mərkəzinə tam qapanma tətbiq etmək planları yoxdur. Səhiyyə orqanları rekord səviyyədə, 2071 yoluxma halının qeydə alınmasından bir gün sonra, çərşənbə axşamı COVID-19-a 1600-dən çox yeni yoluxmanın olduğunu bildirib.

Honq Konq
Honq Konq

Bazar ertəsi Lam "epidemiyanın beşinci dalğasının Honq Konqa ağır zərbə vurduğunu" deyib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin çərşənbə günü açıqladığı məlumata görə, dünyada təxminən 417 milyon insanın COVID-19 infeksiyasına yoluxma, 5,8 milyondan çox ölüm halı qeydə alınıb. Mərkəz bildirib ki, dünya boyu 10 milyarddan çox COVID-19 peyvəndi tətbiq edilib.

The Guardian qəzetinin məlumatına görə, Britaniyanın Səhiyyə Təhlükəsizliyi İdarəsi (HSA) bildirir ki, bir neçə araşdırmanın nəticələri COVID-19 peyvəndinin insanların COVID-19 infeksiyasının qalıcı təsirlərindən əziyyət çəkmə ehtimalını azaltdığını göstərib.

İdarə ölkə daxilində və xaricdə aparılan 15 araşdırmadan alınan məlumatları tədqiq edəndən sonra bu nəticəyə gəlib. Həmin araşdırmaların yarısında vaksinin insanları uzunmüddətli COVID-dən qoruyub-qorumadığı, digərlərində isə uzunmüddətli COVID-dən əziyyət çəkən insanlarda vaksinin təsiri araşdırılıb.

Tədqiqatçılar bir və iki doza vaksin vurulan insanlarda yorğunluq, baş ağrısı, saç tökülməsi, nəfər darlığı, qoxu hissinin itməsi kimi uzunmüddətli COVID simptomlarının yaranma riskinin aşağı olduğunu aşkar edib.

XS
SM
MD
LG