Accessibility links

Britaniya Putinin Ukrayna ilə dayanmayacağını bildirib


"Biz Putini dayandırmalıyıq, çünki o, Ukrayna ilə dayanmayacaq", - Britaniyanın xarici işlər naziri Liz Truss bazar günü The Daily Mail-ə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya yaxınlaşmaqda olan müdaxiləsi ilə bağlı verdiyi müsahibədə deyib.

“Putin bütün bunları açıq şəkildə bildirdi ki, o, Böyük Rusiyanı yaratmaq istəyir, Rusiyanın Şərqi Avropanın böyük ərazilərinə nəzarət etdiyi əvvəlki vəziyyətə qayıtmaq istəyir, ”deyə, nazir əlavə edib.

Avropa İttifaqının İcraiyyə Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib: “Kremlin qaranlıq keçmişdən çıxan təhlükəli düşüncəsi Rusiyaya firavan gələcək bahasına başa gələ bilər”.

Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə, hazırlanmaqda olan sanksiyalar paketinə əsasən, Rusiyanın maliyyə bazarlarına və texnoloji mallara çıxışı məhdudlaşacaq.

Britaniyanın baş naziri Boris Conson deyib: “Biz Rusiya şirkətlərinin Böyük Britaniya bazarlarında pul yığmasını və hətta amerikalı dostlarımızla birlikdə onların funt-sterlinq və dollarla ticarətini dayandıracağıq”.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü deyib ki, o, minlərlə rus hərbçisinin Ukrayna sərhədləri boyunca yerləşdirildiyi böhranın həlli ilə bağlı danışıqlar aparmaq üçün Putinlə görüşmək istəyir.

“Mən Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüş təklif edirəm”, - deyə Zelenski Münhen Təhlükəsizlik Konfransında bildirib.

.Bazar günü səhər Fransa prezidenti Emmanuel Makron və Putin arasında telefon danışığı olub, Yelisey “Ukraynada böyük münaqişənin qarşısını almaq üçün bunu son mümkün və zəruri səylər” kimi qiymətləndirib.

Bu arada Avstriya, Fransa və Almaniya qaçılmaz bir müdaxilə ərəfəsində öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağıran son dövlətlərdir.

Almaniyanın Lufthansa aviaşirkəti də Kyiv və Ukraynanın Qara dəniz limanı olan Odessaya uçuşları ləğv edib.

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Co Baydenin bazar günü Milli Təhlükəsizlik Şurası ilə görüşəcəyini bildirib.

Ağ Ev şənbə günü “Rusiyanın istənilən vaxt Ukraynaya hücum edə biləcəyini” təsdiqləyib.

Putin şənbə günü Ukraynanın şərqində atışmaların artdığı bir vaxtda keçirilən hərbi təlimlərə rəhbərlik edib.

XS
SM
MD
LG