Accessibility links

ABŞ və Rusiya Ukrayna ilə bağlı informasiya müharibəsində ayaqlaşaraq irəliləyir


ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı ilə qarşı-qarşıya gəlməsi Vladimir Putinin Ukraynaya “şok və qorxulu” işğal əmri verməsini yöndəmsizmi edib?

Bayden administrasiyasının real vaxt kəşfiyyatını ictimaiyyətə açıqlamaq taktikası daha çox təmkinli olmağın tərəfdarı olan bəzi casusların təəccübünə səbəb olub. Eyni zamanda informasiya müharibəsi mütəxəssisləri və Qərb diplomatlarından təriflər alır.

ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol Twitter hesabında deyib ki, o, administrasiyanın Kremli ictimaiyyətin təsəvvürlərini formalaşdıran informasiya müharibəsində necə rəqabət aparması və ola bilsin ki, qərarların qəbulu və hətta real müharibə planlaşdırması ilə təəccübləndirə biləcəyini düşünür.

Bayden Vaşinqtonda jurnalistlərə Putinin Kyivə zərbə endirmək də daxil olmaqla, Ukraynaya müdaxilə etməyi seçdiyinə əmin olduğunu söylədikdən sonra Makfol və digər keçmiş və indiki diplomatlar Baydenin rusiyalı rəqibinə diqqətlə müdaxilə edib-etmədiyi barədə spekulyasiya edib.

MakFol Tvitter hesabında yazıb: "Bayden Putinə parlaq bir yol verdi".

“Putinin işğal etməyi planlaşdırdığını dünyaya elan etməklə Putin indi işğal etməməklə Baydeni utandıra və Qərbi “müharibə təbillərini” döyməkdə günahlandıra bilər. Bunu qəbul edin, cənab Putin. Prezidentimi utandırın! (Müharibədən qaçmaq üçün ödəniləcək kiçik qiymətdir)" - deyə, o əlavə edib.

Bu ayın əvvəlində ABŞ və Britaniya rəsmiləri fevralın 15-i və ya 16-nı Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün başlanğıc tarixi kimi göstərmişdilər.

İşğal baş vermədikdə Kreml rəsmiləri Vaşinqtonu proqnozlarına görə lağa qoyub. Rusiya Xarici İşlər Nazirliyinin mübariz sözçüsü Mariya Zaxarova sosial mediada “2022-ci il fevralın 15-i Qərbin müharibə təbliğatının iflasa uğradığı gün kimi tarixə düşəcək” -deyə, yazıb.

Kreml ardıcıl olaraq Ukraynaya müdaxilə planlaşdırdığını inkar edib və Qərb liderlərini “isteriya” yaratmaqda günahlandırırb. Kremlin idarə etdiyi media öz yerli rus auditoriyasına NATO-nun həyəcan təbili çaldığını və Rusiyaya hücum üçün saxta bəhanə yaratmağa çalışdığını bildirib.

Bəzi Qərb diplomatları isə deyir ki, bu istehza Putinin Ukraynaya müdaxiləsinə əmr verməsinə mane olarsa və ya onun planını pozarsa, dözməyə dəyər.

XS
SM
MD
LG