Accessibility links

Ukraynanın şərq mövqeləri işğal olunmuş ərazilərdən atəşə məruz qalmaqda davam edir


Ukraynanın şərq mövqeləri işğal olunmuş ərazilərdən atəşə məruz qalmaqda davam edir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Ukraynanın şərq mövqeləri işğal olunmuş ərazilərdən atəşə məruz qalmaqda davam edir

Ukraynanın şərqindəki mövqelər işğal olunmuş ərazilərdən atəşə məruz qalmaqda davam edir. Qurbanların çoxu yerli mülki şəxslərdir. Luqansk vilayətində təmas xəttinə yaxın olan Novotoşkivske şəhəri bazar günü gecə minaatanlardan atəşə tutulub.

“Bu, görünməmiş bir şeydir! Döyüş gedir! Burada və orada partlayışlar. Amma indi yaşayış evləri vurulur. Çox qorxuncdur!” - deyə, yerli sakin Qalina bildirib.

Novotoşkivske sakini Qalina deyir ki, o, əri ilə filmə baxarkən pəncərəsinin qarşısında partlayış baş verib.

“Ağır vurdu. Sanki (ev) yerdən qalxıb yıxıldı. Çox çətin! Pəncərələrin qırıldığını belə eşidə bilmirdik, çünki səs qulağımızı kəsirdi. Zərbə o qədər ağır idi ki.”

Timur Ukrayna Silahlı Qüvvələrinin üzvüdür.

“Yaşayış sahəsinin elektrik enerjisi, su təchizatının kəsilməsi üçün120 kalibrli minaatan, artilleriya atəşi – 122, 152 millimetrlik artilleriyadan istifadə edilib”.

Nəticədə yerli qadınlardan biri beyin silkələnməsindən xəstəxanaya yerləşdirilib. Bir qrup könüllü mərmilərin vurduğu ziyanı qiymətləndirməyə gəlib.

“Elektrik şəbəkəsi zədələnib. Yarımstansiyada fasilə yaranıb. İki yaşayış evinə ziyan dəyib. Bu binada beş və onunla üzbəüz bir mənzildə pəncərə şüşəsi yoxdur. Komandamız təcili yardım materialları ilə gəlib”- deyə, könüllü Larisa Qrisenko bildirib.

Novotoşkivskeyə çatmaq çətinləşib. Yaxınlıqdakı cəbhə bölgəsinə ləvazimat və döyüş sursatlarının daşınması üçün istifadə olunan kəndin ətraf yolları işğal olunmuş ərazilərdən atəşə tutulur. Qrısenko çətinliklə sağ qaldığını deyir. Könüllünün avtomobili atəşə tutulub.

“Maşının arxasında mərminin partladığını eşitdik. Və başqa biri dərhal sonra və yenə - əvvəlcə solumuzda, sonra sağda - çöllərdə. Tez reaksiya verdik, sürətləndirdik və tez hadisə yerini tərk etdik”.

Bu ərazidəki Ukrayna qüvvələri ötən cümə axşamından bəri atəşə tutulur. Bazar ertəsi Rusiyanın dəstəklədiyi separatçılar dörd dəfə atəş açıb.

XS
SM
MD
LG