Accessibility links

“Şərqi Azərbaycan vilayətində çap edilən kitabların 15 faizi türkcədir”


Bu il İranın Şərqi Azərbaycan vilayətində türk dilində 625 kitab çap edilib. Vilayətin İrşad və Mədəniyyət İdarəsinin baş direktoru bu haqda məlumat verib.

Yarı-rəsmi İLNA agentliyinə istinadən, Təbrizdə mətbuat nümayəndələri ilə görüşən Seyyid Qasım Nazimi “1400-cü hicri ilində (keçən 11 ay ərzində) vilayətdə nəşr edilən kitabların 625-nin türkcə olduğunu” bildirib. Onun dediyinə görə, bu, vilayətdə çap edilən kitabların təqribən 15 faizidir.

İrşad və Mədəniyyət İdarəsinin baş redaktoru 15 faizin əhəmiyyətli bir rəqəm olduğunu qeyd edib. Lakin həmin qurum 2019-cu ildə vilayətdə çap edilən kitabların 20 faizinin türk dilində olduğunu bildirmişdi.

İranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir. Keçən illərdə türk dilində təqvim çap edən bəzi mədəni fəallar həbs və mühakiməyə məruz qalıblar.

XS
SM
MD
LG