Accessibility links

ABŞ Səfirliyi qətlə yetirilən jurnalistin ailəsinə başsağlığı verib


Əvəz Hafizli

ABŞ-ın Azərbaycandakı Səfirliyi Əvəz Şıxməmmədovun ailəsinə və yaxınlarına başsağlığı verib.

“Əvəz həm jurnalist, həm də ictimai fəal kimi öz fəaliyyətində böyük cəsarət nümayiş etdirmişdir,” başsağlığında deyilir.

Azərbaycanda reportyor, LGBTQ+ fəalı Əvəz Hafizli (Şıxməmmədov) fevralın 22-də qətlə yetirilib.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri baş vermiş qətl haqda yaydığı birgə məlumatda deyilir ki, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

“24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. İlkin araşdırmalara əsasən Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib,” məlumatda bildirilir.

Amma bu açıqlamaya hələlik Güləliyev və vəkilindən münasibət almaq mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Güləliyev istintaqa təhvil verilib.

Əvəz Şıxməmmədov reportyor kimi fəaliyyət göstərib. O, Azərbaycanda yeni “Media haqqında” qanunla bağlı aksiyada iştirak edib. Əvəz Şıxməmmədov həmçinin LGBTQI+ fəalı olub. O, ötən ilin oktyabrın 30-da Hökumət Evinin önündə etiraz aksiyası keçirib. Fəalın tələbi LGBTQI+ vətəndaşlara qarşı dövlət tərəfindən olunan ayrı-seçkiliyin aradan qaldırılması olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG