Accessibility links

Eynulla Fətullayev: Özüm şahidi oldum ki, yaşayış məntəqələri də şiddətli atəşə tutulur


Eynulla Fətullayev
Eynulla Fətullayev

“Ukraynada qızğın döyüşlər davam edir.”

Bu barədə hazırda Ukraynada döyüş bölgəsində olan Haqqın.az. saytının rəhbəri, jurnalist Eynulla Fətullayev Amerikanın Səsinə deyib.

O bu gün, dekabrın 24-də səhər saatlarında Donbasda Ukrayna tərəfdə olub.

“Donbasda qızğın döyüşlər gedir. Donetsk və Luqansk istiqamətində Rusiya qoşunları irəliləməyə çalışsa da, Ukrayna Silahl Qüvvələri cavab tədbirləri nəticəsində Rusiya qoşunlarının hərəkətinin qarşısını aldı. Amma, Rusiya Ordusu cənub istiqamətdə irəliləyib. Mən, indi Donbadsan Xarkiv istiqamətində gedirəm,” o qeyd edib.

Eynulla Fətullayev: Ukrayna tərəfdə döyüş əzmi çox yüksəkdir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Fətullayevin sözlərinə görə, Ukrayna tərəfdə hərbçilər arasında itki və yaralılar var.

“Mən özüm də şahidi oldum ki, yaşayış məntəqələri də şiddətli atəşə tutulurdu. Yəqin ki, mülki əhali arasında da itkilər var.”

Onun sözlərinə görə, Rusiya tərəfi Qrad qurşularından, ağır artilleriyadan, zirehli texnikalardan və minomyotlardan istifadə edir.

Jurnalist deyib ki, Ukrayna tərəfdə döyüş əzmi çox yüksəkdir və sona qədər döyüşmək əzmindədirlər.

“Artıq könüllülərə silahlar paylanır,” o qeyd edib.

XS
SM
MD
LG