Accessibility links

Təhlilçi: Kreml Ukraynanın müstəqil seçimini – Avro-Atlantikaya inteqrasiyasını qəbul etmək istəmir


Ekspert: Kreml Ukraynanın müstəqil seçimini – Avro-Atlantikaya inteqrasiyasını qəbul etmək istəmir
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Fevralın 24-də Rusiya Ukraynaya qarşı hücuma başlayıb.

Ordusunu ölkənin cənub bölgəsinə yerləşdirən Rusiya səhər tezdən paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın yarıdan çox şəhərindəki hava hücumundan müdafiə obyektləri və hərbi infrastrukturu hədəf alaraq, raket zərbələri endirib.

Əməliyyat Rusiya Prezidenti Vladimir Putinin televiziya ilə “xüsusi hərbi əməliyyat” kimi təsvir etdiyi açıqlamadan az sonra başlayıb. Lakin Ukrayna liderləri bunu Avropada ikinci ən böyük ölkəyə genişmiqyaslı hərbi müdaxilə adlandırıb.

Nəticəsidə artıq ölən və yaralananların olduğu bildirilir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycanda narahatlıqlara səbəb olub.

Azərbaycan ictimaiyyəti bu müharibəni tənqidlərlə qarşılayıb.

Turan İnformasiya Agentliyinin analitiki Fərid Qəhrəmanov deyir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qaçılmaz idi.

“Son aylar Rusiya ilə Ukraynanı dəstəkləyən Qərb tərəfindən qarşıdurma getdikcə güclənirdi. Tərəflər öz mövqeyindən çəkilmək istəmirdi. Bu şəraitdə Rusiya prezidenti Vladimir Putin rus cəmiyyətində bir növ öz simasını qorumaq üçün müharibəyə getdi. Əslində bu hərəkətlərin, Ukraynaya qarşı bu davranışın kökündə o dayanır ki, Kreml Ukraynanın müstəqil seçimini - Avro Atlantikaya inteqrasiyasını qəbul etmək istəmir. O düşünür ki, bu rus xalqı üçün pis örnək olacaq. Buna görə də çalışır ki, Ukraynanın seçiminin uğursuz olduğunu isbat eləsin", o deyib.

Azərbaycan Respublikasının Ukrayna ilə bağlı rəsmi mövqeyinə gəldikdə isə təhlilçi bunu deyib:

“Əslində Azərbaycan Respublikasının Ukrayna ilə bağlı heç bir mövqeyi yoxdur. Yəni bu dəqiqə açıqlanmayıb. Amma güman etmək olar ki, bu mövqe Krım hadisələri zamanı olduğu kimi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün dəstəkləməsi barədə bəyanatından ibarət olacaq. Yəni Ukraynanaya dəstək veriləcək. Amma eyni zamanda Rusiyanın hərəkətləri açıq şəkildə pislənməyəcək."

Fərid Qəhrəmanov deyir ki, hazırkı şəraitdə Ukraynanın müdafiəsi üçün qətiyyətli addım atılmalıdır.

“Ukraynanın müdafiəsi üçün beynəlxalq birlik qətiyyətli addımlar atmalıdır. Burada sanksiyalarla məhdudlaşdırmaq olmaz. Bunun faydası olmayacaq. Bu hərbi həmləni durdurmaq üçün Ukraynaya adekvat hərbi dəstək göstərilməlidir. Ən qabaqcıl təyyarələr verilməlidir ki, onlar Rusiyaya havadan da müqavimət göstərə bilsinlər. Ümumiyyətlə güclü maliyyə, hərbi humanitar dəstək lazımdır.”

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi qüvvələrin cəmləşdiyi ərazilərə getməməyə çağırıb.

XS
SM
MD
LG