Accessibility links

Ukraynanın Azərbaycandakı səfiri: Rusiya artıq "qırmızı xətt"i keçib


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski

Fevralın 25-də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski brifinq keçirib. O, brifinqdə Ukraynada müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Artıq ikinci gündür Rusiya Ordusu Ukrayna ərazisində müharibə aparır, kütləvi raket zərbələri endirilir” - deyə, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski brifinqdə bildirib.

Səfirin sözlərinə görə, Kyiv uğrunda şiddətli döyüşlər davam edir.

“Mülki obyektlər hədəf alınır, xəstəxanalara hücum edilir. Biz öz evimizi, ailəmizi müdafiə edirik, ədalət bizim yanımızdadır”, o deyib.

Ukraynanın Azərbaycandakı səfiri: Rusiya artıq"qırmızı xətt"i keçib
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Vladislav Kanevski Azərbaycan vətəndaşlarına göstərdikləri həmrəyliyə görə təşəkkür edib.

Bundan əlavə səfir qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu dövlətin iqtisadiyyatına güclü təsir edəcək.

Səfir Vladislav Kanevski həmçinin brifinqdə bildirib ki, Ukrayna təhlükəsizliklə əlaqədar olaraq hava məkanını mülki uçuşlar üçün bağlayıb.

“Biz alternativ marşrutların axtarışındayıq ki, Ukraynanı tərk etmək istəyənlər, o cümlədən azərbaycanlılar həmin yollar vasitəsilə ölkəndən çıxa bilsinlər”, səfir deyib.

Ukraynanın Azərbaycandakı səfiri ölkənin neytral statusuna dair danışıqlara hazır olması barədə Prezident Vladimir Zelenskinin bəyanatını şərh edərkən bunları bildirib.

“Biz, Ukrayna lap əvvəldən bu mövqedən çıxış etmişik ki, istənilən münaqişəni siyasi və diplomatik yolla həll edək. İndi də siyasət belədir. Bizim üçün əsas məsələ təhlükəsizliyimizi təmin etməkdir. Rusiya artıq “qırmızı xətt”i keçib və “bu vəziyyətdə Qərb tərəfindən güclü sanksiyalar və Ukraynaya hərbi dəstəyi tələb olunur, öz ölkəmiz uğrunda özümüz savaşacağıq” o deyib.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı hücuma başlayıb. Ordusunu ölkənin cənub bölgəsinə yerləşdirən Rusiya səhər tezdən paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın yarıdan çox şəhərindəki hava hücumundan müdafiə obyektləri və hərbi infrastrukturu hədəf alaraq, raket zərbələri endirib.

Əməliyyat Rusiya Prezidenti Vladimir Putinin televiziya ilə “xüsusi hərbi əməliyyat” kimi təsvir etdiyi açıqlamadan az sonra başlayıb. Lakin Ukrayna liderləri bunu Avropada ikinci ən böyük ölkəyə genişmiqyaslı hərbi müdaxilə adlandırıb.

XS
SM
MD
LG