Accessibility links

Şərqi Azərbaycan vilayətində COVID-19-dan gündəlik ölüm halları artır


Təbriz
Təbriz

Təbriz Tibb Universiteti İranın Şərqi Azərbaycan vilayətində COVID-19-dan gündəlik ölüm halları artdığını bildirib.

Təbriz Tibb Universitetindən doktor Hüseyn Həqayi bu haqda dövlət agentliyi İRNA-ya məlumat verib.

Doktor Həqayi COVID-19 səbəbilə xəstəxanaya yerləşdirənlərin sayının azalmasına rağmən ölüm hallarının artdığını bildirib. Onun bazar günü İRNA-ya verdiyi məlumata əsasən, fevralın 25-dən 26-ya qədər 24 saat ərzində Şərqi Azərbaycanda koronavirusdan 16 ölüm halı qeydə alınıb.

“Şərqi Azərbaycanda Omikron variantının yayılmasının başlıca səbəbləri maska taxmamaq, yığıncaqlara qatılmaq və vaksinasiya prosesinin başa çatdırılmamasıdır,” Hüseyin Həqayi söyləyib.

Hazırda Şərqi Azərbaycan vilayətinin 10 şəhərində “qırımızı vəziyyət” elan edilib.

Qərbi Azərbaycan vilayətində də vəziyyət bundan yaxşı deyil. Qərbi Azərbaycanın COVID-19-a qarşı mübarizə mərkəzinə istinadən, keçən 6 gün ərzində vilayətdə COVID-19-dan 45 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG