Accessibility links

Azərbaycan və Rusiya prezidentləri Ukraynada hadisələrin eskalasiyası ilə bağlı vəziyyəti müzakirə edib


Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı digər mövzularla yanaşı, Rusiyanın Ukraynada hərbi əməliyyatı ilə bağlı vəziyyətin inkişafı müzakirə olunub.

Rusiyanın TASS agentliyi dekabrın 26-da liderlər arasında danışıqların yekunları barədə Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Telefon danışığı zamanı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı vəziyyətin inkişafı müzakirə edilib," məlumatda deyilir.

Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, Putin və Əliyev telefon danışığında ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, fevralın 26-da axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Mətbuat Xidməti bildirir ki, telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

Fevralın 26-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyə liderlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG