Accessibility links

ABŞ Ukrayna xalqına əlavə humanitar yardım göndərir


Ukrayna, Mariupol, 27 fevral 2022-ci il.
Ukrayna, Mariupol, 27 fevral 2022-ci il.

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü Birləşmiş Ştatların Rusiyanın hərbi hücumundan zərər çəkmiş ukraynalılara 54 milyon dollar məbləğində humanitar yardım göstərəcəyini bildirib.

Bu məbləğin 26 milyon dolları Dövlət Departamenti, qalan 28 milyon dolları isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə ayrılacaq.

“Ukrayna xalqı ilə tərəfdaşlığımız güclü və davamlıdır və biz Rusiyanın bilərəkdən, təxribat olmadan və əsassız hücumuna cavabımızın vacib hissəsi kimi Ukraynanın təcili humanitar ehtiyaclarına diqqət yetiririk” – deyə, Blinken bildirib.

Dövlət katibi xatırladıb ki, ABŞ Ukraynanın ən böyük humanitar donorlarından biridir və Rusiya səkkiz il əvvəl Ukraynaya müdaxilə etdikdən sonra ABŞ həssas icmalara təxminən 405 milyon dollar humanitar yardım göstərib.

Blinken bildirib ki, əlavə yardım humanitar təşkilatlara ukraynalılara dəstək göstərməyə davam etmək imkanı verəcək və ərzaq, içməli su, sığınacaq, təcili tibbi yardım və qorunma təmin edəcək.

“Bizim maliyyə vəsaitimiz həmçinin humanitar təşkilatlara münaqişə nəticəsində ayrı düşmüş ailə üzvləri arasında əlaqə saxlamağa kömək edəcək və ümid edirik ki, bu, ailələrin yenidən birləşməsinə gətirib çıxaracaq”, ABŞ Dövlət katibi bildirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi BMT-nin İnsan Haqları Şurasının bazar ertəsi başlayacaq beş həftəlik iclasında müzakirələrin diqqət mərkəzində olacaq.

Amnesty İnternational Rusiyanın təşkilatın baş katibi Anyes Kallamardın bəyanatında deyildiyi kimi, “ballistik raketlər və əhalinin sıx məskunlaşdığı yerlərdə böyük əraziləri təsirinə məruz qoya bilən digər partlayıcı silahlardan istifadə edərək, mülki insanların həyatına açıq-aşkar etinasızlıq göstərdiyini” nümayiş etdirərək, Ukraynaya hərbi hücumu ilə müharibə cinayətləri törətmiş ola bildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG