Accessibility links

TRACECA: Ukraynaya dəniz nəqliyyatı ilə yükdaşımalarda gərgin vəziyyət yaranıb


Hazırda Ukrayna ərazisindəki hərbi əməliyyatlar bu ölkənin dəniz limanlarında yükdaşımalarına ciddi təsir göstərib.

Bu barədə Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib.

O qeyd edib ki, hazırda bu ölkədə dəniz nəqliyyatı ilə yük daşımalarında gərgin vəziyyət yaranıb.

“Limanların fəaliyyəti demək olar ki, dayanıb. Hazırda Ukrayna tərəfi yükləri göndərmir və yeni yüklər qəbul etmir. Sadəcə, ölkədə qalan avtomobillərin çıxarılması üzərində iş aparırıq,” Bayramov Amerikanın Səsinə deyib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Ukrayna parlamenti 2017-ci ildə Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib. Ukrayna “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində dəmiryol-bərə yükdaşımaları həyata keçirir. 2019-cu ildə Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG