Accessibility links

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi: “Vəziyyət ürəkaçan deyil”


“Azərbaycanda işgəncələr qarşı mübarizə sahəsində vəziyyət olduqca bərbaddır, getdikcə insan hüquq və əsas azadlıqlarının vəziyyəti aşağı düşməkdədir, hər addımda insanlara işgəncə verilir, hüquqları pozulur.”

Bu barədə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin 2022-ci ilin yanvar və fevral ayları üçün insan hüquqları və işgəncə hallarına dair hesabatında deyilir.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin monitorinq, müşahidələrinə əsasən Azərbaycanda son aylarda ən çox siyasi hüquqlar, azad-fikir və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırılması, mülkiyyət, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub.

Mərkəz hesab edir ki, məhkəmələr siyasi hakimiyyətdən tam asılıdır və onlardan ədalətli məhkəmə araşdırılması gözləmək mümkün deyil, siyasi movitli işlərdə siyasi sifarişləri yerinə yetirirlər.

“Sosial cəhətdən kasıb yaşayan təbəqə sosial ədalətsizlikə üzləşir və o cümlədən də qanuni meyarlarla əlillik dərəcələri alan vətəndaşların qanunsuz olaraq imtiyazları, əlillik dərəcələri ləğv edilir,” sənəddə qeyd edilir.

Hesabatda bu ilin yanvar-fevral aylarında - Milli Şuranın, Xalq Cəbhəsi və Müsavat Partiyalarının fəallarının hüquq və azadlıqlarının pozulması, işgəncə, qeyri-insani rəftara məruz qalmaları və məhkəmələrdə hüquqlarının pozulması ilə bağlı faktlar təqdim edilib.

“Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu etiraz aksiyasında iştirak etdiyi zaman polis tərəfindən heç bir əsas olmadan saxlanılıb, Ələt qəsəbəsinə aparılaraq ağır işgəncələr verilib. Keçmiş Baş prokuror və həbs olunana qədər xarici ölkələrdə səfir işləmiş Eldar Həsənovun saxta və qurama ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilib. İctimai fəal İsmayılov Fuad əsassız olaraq saxlanıb, ağır işgəncələrə məruz qalmaqla 30 sutka inzibati həbsə məhkum edilib.”

Sənəddə, həmçinin bildirilir ki, Almaniyada mühacirətdə olan AXCP üzvləri - Mütəllim Oruc, Malik Rzayev, Pünhan Kərimli və Cəfər Mirzəyev Azərbaycana deportasiya olunandan sonra onlara qarşı qanunsuz, qurama cinayət işi açılıb və həbs olunublar.

Mərkəz Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin böhtan ittihamı ilə həbsinə, “Tərtər işi” kimi tanınan cinayət işi üzrə işgəncələrə və digər faktlara da müraciət edib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə rəhbəri insanların bütün fundamental hüquqlarının tam qorunduğunu dəfələrlə qeyd edib.

İşgəncələrlə haqqında yazılanlara gəlincə, hüquq-mühafizə orqanları bu kimi hallarla bağlı bəyanatları təkzib edir və şəxsləsin özünümüdafiə məqsədi daşıdığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG