Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində İş qəzaları nəticəsində 74 nəfər həyatını itirib


Şərqi Azərbaycan vilayətinin Tibbi Ekspertiza idarəsinin direktoru Əli Səfayifərd son 10 ay ərzində iş qəzaları nəticəsində 74 nəfərin həyatını itirdiyini bildirib.

Səfayifərdin bu barədə Fars Xəbər agentliyi ilə müsahibəsində verdiyi məlumata görə, həyatlarını itirən 74 vətəndaşın hamısı kişi olub.

Həyatını itirən vətəndaşların 40-ı hündürlükdən yıxılaraq, 16-sı sərt cismin onlara dəyməsi, 3 nəfərinin oksigen çatışmazlığından, 7 nəfərinin boğularaq ölməsi və bir nəfərinin isə yanıq səbəbi ilə həyatını itirdiyi bildirilir.

"10 ay ərzində 1279 nəfər yaralanma ilə əlaqədar vilayətin Tibbi Ekspertiza şöbələrinə müraciət ediblər və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin 13 faiz artdığını göstərir."-deyə rəsmi söyləyib.

Həmin saydan müraciət edənlərin 42-si qadın olub.

XS
SM
MD
LG