Accessibility links

Ertuğrul Sağlam yenidən Traktorsazinin məşqçisi olub


Ertuğrul Sağlam
Ertuğrul Sağlam

Türkiyənin Sabiq Beşiktaş komandasının baş məşqçisi Ertuğrul Sağlam Traktorsazi komandasına yenidən baş məşqçilik edəcək.

İranda Məşhur idman xəbər saytı olan "Varzesh3"-də dərc olunan məlumata görə, Traktorsazi klubunun baş direktoru Mirməsum Söhrabi Ertuğrul Sağlam ilə razılaşdıqlarını bildirib.

“Sağlam cənablarıyla ilkin danışıqlardan sonra danışıqlar prosesini sürətləndirmək və razılığa gəlmək üçün şəxsən mən İstanbula getdim. Yekun danışıqlardan sonra əməkdaşlıq etmək üçün razılığa gəldik ”- deyə, baş direktor bildirib.

Ertuğrul Sağlamın üç koməkçisi Türkiyədən seçilib.

Ertuğrul onu Təbriz haval imanında qarşılayan Traktorsazi azarkeşləri arasında çıxış edib. “Yenidən burada olmaqdan xoşbəxtəm, hamınızı çox sevirəm. Ümid edirəm ki, Traktor komandasını birlikdə qaldıracağıq. Çox gözəl günlər gələcək ”- deyə, məşqçi bildirib.

Xorvatiyalı Zvonimir Soldo ötən ilin noyabrından İran Azərbaycanının populyar futbol komandasının baş məşçisi idi.

Soldonun yerinə keçən Sağlam, daha öncə 2018-ci ilində qısa müddət Traktorsazinin baş məşqçiliyi vəzifəsini öhdələnmişdi.

Son aylarda Traktorsazi futbol klubunda davam edən maliyyə və texniki problemlərlə birgə komandanın liqadakı gedişatı da pisləşərək 13-cü yerə düşüb.

XS
SM
MD
LG