Accessibility links

Nəsimi Məmmədli: Rusiyanın təcavüzkar siyasəti durdurulmasa qonşular da zərər çəkəcək


Nəsimi Məmmədli

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycanda narahatlıqlara səbəb olub. Azərbaycan ictimaiyyəti bu müharibəni tənqidlərlə qarşılayıb. Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin səbəbləri və bu müharibənin regiona, o cümlədən Azərbaycana mümkün təsirlərindən danışıb.

Nəsimi Məmmədli: Rusiyanın bu təcavüzkar siyasəti əgər indi durdurulmasa  bundan sonra qonşular da bundan zərər çəkəcək
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Amerikanın Səsi: Ukraynaya qarşı müharibənin ilk günlərinin hərbi -siyasi nəticələrini necə qiymətləndirərdiniz?

Nəsimi Məmmədli: Əlbəttə, müharibənin ilk günlərində rəsmi informasiyalar daha çox təbliğat xarakteri daşıyır. Amma biz sosial şəbəkələrdən, eyni zamanda müstəqil mənbələrdən aldığımız məluatlardan deyə bilərik ki, Ukrayna cəbhəsində vəziyyət son dərəcə mürəkkəbdir. Faktiki olaraq hava hücumundan müdafiə sistemlərinin zəif olmasına görə Rusiya təyyarələri Ukrayna ərazisində istənilən hədəflərə zərbələr endirə bilir. Həm raketlərlə, həm artileriya ilə. Demək olar ki, Ukrayna ərazisindəki bütün hədəflər vurulur. Çoxsaylı dağıntılar var. İnsan itkiləri var. Əlbəttə, burada hərbi cinayət baş verir. Bununla yanaşı, biz Rusiya ərazisində əhalinin müharibə əleyhinə etiraz aksiyalarını müşahidə edirik. Müəyyən mənbələrdən əldə edilən məlumatlar göstərir ki, Rusiyadakı gənclərin, ictimai siyasi fəal kəsimin dörddə üçü bu müharibənin əleyhinədir. Ukrayna və Rusiya xalqı qardaş xalqlardır. Eyni etnik, dini dəyərləri daşıyan xalqlardır. Bunlar arasında uzun müddət düşmənçilik toxumu səpildi. Bu, Rusiyanın həm qonşuları ilə münasibətlərinə, eyni zamanda qərblə münasibətlərinə çox ciddi zərbə kimi qiymətləndirilə bilər.

Amerikanın Səsi: Moskvanın hərbi müdaxiləsinə dünya birliyinin reaksiyası adekvat oldumu?

Nəsimi Məmmədli: Əlbəttə, müəyyən reaksiyalar var. Ancaq bu reaksiyalar Rusiyanın təcavüzünü durdurmağa yetərli deyil. Əgər bu gün gündəmə gələn sanksiyalar bir neçə ay bundan öncə Rusiyanın təcavüz niyyəti görünən zaman tətbiq edilsəydi, əlbəttə, nəticə verərdi. İndi təəssüf ki, nəticələr qənaətbəxş deyil.

Amerikanın Səsi: Rusiya Ukraynaya qarşı hayata keçirdiyi hərbi əməliyyatları digər qonşularına qarşı da edə bilərmi?

Nəsimi Məmmədli: Şübhəsiz, Rusiyanın bu təcavüzkar siyasəti əgər indi durdurulmasa bundan sonra qonşular da bundan zərər çəkəcəklər. Bu təcavüzü durdurmaq üçün ya qonşu dövlətlər Rusiyanın istəklərinə boyun əyməlidir, ya onun istəklərinə tabe olmalıdır. Ya da NATO elə bir müdafiə sistemi yaratmalıdır ki, NATO üzvü olmayan tərəfdaş dövlətlərin də təhlükəsizliyi üçün müəyyən addımlar atmaq mümkün olsun. Bu olmayacaq təqdirdə əlbəttə bütün qonşular real olaraq sığortalanmayıb.

Amerikanın Səsi: MDB məkanındakı müstəqil dövlətlər Rusiyanın təcavüzünə qarşı təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

Nəsimi Məmmədli: Azərbaycanın bu istiqamətdə atdığı son addımlar var, Türkiyə ilə ittifaq sazişi imzalayıb. Bir–birinin ərazisinə hər hansı hücum olarsa birgə müdafiədən söhbət gedir. Eyni zamanda, Rusiya ilə bağlanmış saziş, sonuncu bəyannamə xeyli dərəcədə Azərbaycanın Rusiya təcavüzündən qorumaq üçün bir təhlükəsizlik çətiri kimi görünə bilər.

Qeyd : Azərbaycan xarici işlər nazirinin müavini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

"Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib,” Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG