Accessibility links

Klondayk - Ukraynanın müharibə xronikası


Klondayk - Ukraynanın müharibə xronikası
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Klondayk - Ukraynanın müharibə xronikası

Dünya Rusiyanın Ukraynanın işğalını seyr edərkən, ukraynalı kinorejissor Marina Er Qorbaçın “Klondayk” dramı bizi 2014-cü ildə Donbas sərhəd bölgəsində Rusiya-Ukrayna münaqişəsinin əvvəlinə aparır. Orada rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında silahlı qarşıdurma zamanı Rusiya istehsalı olan raketlə Malayziya Hava Yollarına məxsus 17 saylı reysi vurmuş, təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu. Rejissor Rusiya ilə Ukrayna arasında münaqişənin heç vaxt bitmədiyini deyir.

Rusiya Ukraynaya zərbə endirərkən, rejissor Marina Er Qorbaç deyir ki, bu hücum 2014-cü ildən hazırlanır. Onun Donbas bölgəsində yaşayan və ilk övladlarını gözləyən cütlük barədə çəkilən “Klondayk” filmi sərhəd bölgəsində rusiyapərəst separatçılarla ukraynalı millətçilər arasında toqquşmalara işıq salır. Film Tolik və İrkanın evində baş verən partlayış - Malayziya Hava Yollarına məxsus 17 saylı reysin Rusiya istehsalı olan raketlə vurulması ilə başlayır.

“Təsvir etdiyimiz kənd, yaratdığımız yer, evlər, onların həyat tərzi, hamısı bu reallıqla bağlıdır”.

Separatçı qüvvələr və muzdluların hücumlarını artırması ilə bölgədə gərginliklər armağa başlayır. Tolik bölgəni tərk etmək istəyir, lakin həyat yoldaşı İrka hamiləliyinin son mərhələsində evlərini tərk etməkdən imtina edir. İrkanın qardaşı, ukraynalı millətçi Yarik bacısına kömək etmək üçün gəlir, lakin o, rusiyapərəst separatçı dostları tərəfindən onların işinə qoşulmaq üçün təzyiqə məruz qalan passiv qaynı Toliklə üzləşir.

“O, qəhrəman ola bilməz. O, həqiqətən nə etməli olduğunu və bütün bu vəziyyəti necə idarə edəcəyini bilmir və o, yeni nəsildir, maksimalistdir. Döyüşmək istəyir; əsgərlərə və düşmənlərə qarşı döyüşə çıxmaq istəyir. Qazanmaq istəyir, torpaq sahibi olmaq istəyir, etiraz etmək istəyir, səsini ucaltmaq, görünmək istəyir”.

Kinorejissor deyir ki, onlar arasındakı ədavət regionda davam edən qardaş qırğınının simvoludur. “Klondayk” həm də ailəsini bir arada saxlayan və qaçılmaz ölüm qarşısında həyat verməyə hazırlaşan üç fərddən ən güclüsü İrka obrazı vasitəsilə feminist mesajı verir.

Marina Er Qorbaç deyir ki, o, bu filmi çəkməyə başlayanda, ironik olaraq, Ukrayna xəbərlərdə çox deyildi. O, Rusiyanın müdaxilə etdiyi bir vaxtda Ukraynanın parçalanmasına diqqət çəkmək və orada necə amansız həyat şəraitinin olduğunu göstərmək istəyirdi.

“İndi bu, ən qaynar xəbərdir və hər yerdə var, amma yenə də bir məqam var ki, xəbər bir növ statistikadır və bəlkə bu, həmin personajlar vasitəsilə beynəlxalq auditoriyaya xəbərlər haqqında düşünməyə kömək edir. Özlərindən soruşacaqlar ki, onlar orada necə yaşayırlar?

XS
SM
MD
LG