Accessibility links

Leyla Abdullayeva: Bu günədək 4000-ə yaxın azərbaycanlı Ukraynanı tərk edib


Leyla Abdullayeva

“Bu günə qədər dörd minə yaxın azərbaycanlının qeyd olunan istiqamətlərdə sərhəddi keçməsi müşahidə edilib.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva martın 2-də keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə Azərbaycan vətəndaşları Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər.

Bundan əlavə Leyla Abdullayeva Ukraynada müharibə başlayandan 5 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri brifinqdə Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyətini davam etdirdiyini deyib.

Onun sözlərinə görə, hazırda səfirlik Ukraynada ciddi təhlükə ilə üzləşmiş vətəndaşların təxliyəsi üzrə fəaliyyətini davam etdirir.

O həmçinin deyib ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub.

“Yaxın günlərdə də azərbaycanlıların təxliyəsi ilə bağlı müvafiq addımlar atılacaq”, o qeyd edib.

Leyla Abdullayeva deyib ki, “vətəndaşların təxliyə edilməsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və bundan sonra da təxliyyə tədbiləri davam etdiriləcək.”

O qeyd edib ki, 4-cü çarter reysi ilə 170-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək. Bu gün gecə saatlarında 4-cü çarter reysi həyata keçirilərək Azərbaycan vətəndaşları Ukraynadan təxliyə ediləcək.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının yaşaması barədə rəsmi statistika aparılmayıb. Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kiyevdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG