Accessibility links

İlqar Məmmədov: Putin hökümətinin məqsədi soyuq müharibənin nəticələrini yenidən yazmaqdır


İlqar Məmmədov
İlqar Məmmədov

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi artıq bir neçə gündür davam edir. Bütün dünyada olduğu kimi Azərbaycan da bu müdaxilədən narahatdır. Ölkənin ictimai siyasi xadimləri, ekspertlər, partiya rəhbərləri müharibəni tənqidlərlə qarşılayıb. Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya hücumunun səbəbi barədə danışıb.

İlqar Məmmədov: Putin hökümətinin məqsədi soyuq müharibənin nəticələrini yenidən yazmaqdır
please wait

No media source currently available

0:00 0:04:19 0:00

Amerikanın Səsi: İlqar bəy, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin səbəbləri nədir? Bu müdaxilənin pərdəarxası nədən ibarətdir?

İlqar Məmmədov: Mən fərz edirəm ki, Putin höküməti Ukraynaya onsuz da hər hansı bir formada müdaxilə edəcəkdi. Çox sərt müdaxilə edəcəkdi. Bəlkə də hərbi müdaxilə edəcəkdi. Putin hökümətinin məqsədi soyuq müharibənin nəticələrini yenidən yazmaqdır. Otuz il bundan əvvəl soyuq müharibə qurtardı və onun nəticəsində SSRİ dağıldı. Həmin nəticələri Putin höküməti yenidən yazmaq istəyir. Bununla belə, bu niyyəti gizlətməkdən ötrü, bu məqsədi gizlətməkdən ötrü bir səbəb tapılıb. Ukraynanın NATO-ya daxil olmaq niyyəti və bu niyyəti sual altına alaraq hərbi müdaxiləyə getdi Putin. Bəlkə də Ukraynanın heç NATO-ya girmək niyyəti olmasaydı belə, bu münaqişə baş verərdi. Lakin elan eləyəndən sonra ki biz NATO-ya giririk, NATO-ya istəyirik, Putin artıq bunu bəhanə kimi istifadə etdi. Belə bir halda onu çox vacib hesab eləyirəm. Belədirsə əgər, Ukraynanın NATO-ya daxil olmaq istəyi, niyyəti özünümüdafiə etmək qabiliyyətində deyildisə, gərək diplomatiya Putinə bu bəhanəni verməyəydi. Bu çox önəmlidir. Çünki niyyətlər beynəlxalq münasibətlərdə, xarici siyasətdə sadəcə istəklə əlaqəli olmamalıdır, həm də güc ilə əlaqədar olmalıdır. Yəni, sənin o niyyəti, istəyi müdafiə eləməyə, qorumağa gücün var, yoxsa yoxdur. Yoxdursa diplomatiya buna uyğun yol tapmalıdır, siyasət yeritməlidir. Təəssüf ki, bu baş vermədi. Putin höküməti NATO-ya daxil olurlar bəhanəsi ilə Ukraynaya müdaxilə etdi.

Amerikanın Səsi: Rusiya Ukraynaya qarşı hayata keçirdiyi hərbi əməliyyatları digər qonşularına qarşı da edə bilərmi?

İlqar Məmmədov: Edə bilər. Çünki indicə dediyim kimi bu müdaxilənin səbəbi təkcə və ya bəlkə heç də NATO niyyətləri deyil, hər hansı bir ölkənin, soyuq müharibənin nəticələrinin yenidən yazılması niyyətidir.

Amerikanın Səsi: MDB məkanındakı müstəqil dövlətlər Rusiyanın bu siyasətinə qarşı təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

İlqar Məmmədov: Diplomatiyaya üstünlük verməlidirlər. Yəni indiyə qədər təəssüf ki, diplomatiya çox belə böyük populyar təzyiq altında qalıb. Yəni diplomatlar artıq ənənəvi diplomatlar kimi davranmırlar. Hər addımlarını çıxıb xalq qarşısında danışırlar. Bir az piar şousuna çevrilib diplomatiya. Həqiqi mənada dərin diplomatik üsullardan istifadə edərək sənin məqsədlərin, hədəflərin qorunmalıdır. Sənin diplomatiyan sahib olduğun gücə mütənasib olmalıdır. Son zamanlar təkcə bizdə, regionda yox, ümumiyyətlə bütün dünyada böyük problemdir. Diplomatiya bir peşə kimi, sənət kimi çökmüş vəziyyətdədir. Prinsiplərindən çox uzaqlaşıb və piar menecerlik işinə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG