Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi: 540 şəxsin Rusiyadan quru yolla Azərbaycana keçidi təmin edilib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“540 şəxsin Rusiyadan quru yolla Azərbaycana keçidi təmin edilib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23 fevral – 28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib" , məlumatda deyilir.

Nazirliyin məlumatına görə, sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasına ezam olunub.

Rəsmi xəbərdə qeyd edilir ki, işçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

“Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin 23 fevral – 28 fevral 2022-ci il tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib” - deyə, məlumatda vurğulanıb.

Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 590, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 327, ikinci mərhələ üzrə 4 milyon 774 min 963, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 318, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 193 min 982-dir.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Bu il fevralın 15-dən isə buster doza vaksin vurdurmayan insanlar ictimai-iaşə müəssisələrinə, ticarət mərkəzlərinə, iş yerlərinə buraxılmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG