Accessibility links

Antoni Blinken Ukrayna ilə əlaqədar Şərqi Avropaya yola düşüb


ABŞ dövlət katibi Antoni Blinken Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün NATO müttəfiqləri və digər Avropa liderləri ilə görüşlər keçirmək üçün cümə axşamı Şərqi Avropaya yola düşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken əvvəlcə NATO Xarici İşlər Nazirləri ilə Brüsseldə , G-7 Nazirlər Toplantısında Avropa İttifaqı həmkarları ilə görüşəcək. Blinken

Rusiyanın davam edən təcavüzü qarşısında əlavə təhlükəsizlik yardımını müzakirə etmək üçün” Polşa liderləri, o cümlədən xarici işlər naziri Zbiqnev Rau ilə görüşmək üçün şənbə günü Polşaya səfər edəcək.

Prays bildirib ki, dövlət katibi, həmçinin Ukraynadan olan yüz minlərlə köçkünü səxavətlə qarşıladığına görə Polşaya təşəkkür edəcək və ABŞ-ın Putinin müharibəsindən qaçanlara humanitar yardım səylərini necə artıra biləcəyini gündəmə gətirəcək.

Şənbə günü daha sonra Blinken Moldovanın qaçqınları qəbul etmək və onlara kömək etmək səylərini müzakirə etmək və ABŞ-ın bu səylərə dəstəyini vurğulamaq üçün prezident Maia Sandu, baş nazir Natalia Qavrilita və xarici işlər naziri Niku Popesku ilə görüşmək üçün Moldovaya gedəcək.

Martın 6-dan 8-dək Blinken Litva, Latviya və Estoniyaya səfər edərək, Ukraynaya dəstək, NATO-nun çəkindirmə və müdafiəsini gücləndirmək, demokratiya və insan haqlarını təşviq etmək üçün birgə səyləri müzakirə etmək üçün həmin ölkələrin liderləri ilə bir araya gələcək.

Çərşənbə günü keçirdiyi mətbuat konfransında Blinken bildirib ki, Ukraynadakı böhrana son qoymaq məqsədi ilə müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatiya davam edir. O, "Ukrayna hökumətinin faydalı olacağına inandığı diplomatik addımlar olarsa, Ukraynanın özünü müdafiə qabiliyyətini dəstəkləməyə davam etdiyimiz halda belə, onları atmağa hazırıq" deyib.

XS
SM
MD
LG