Accessibility links

Elxan Şahinoğlu: Ukrayna işğal olunsa, növbə başqa dövlətin ola bilər



Elxan Şahinoğlu: Ukrayna işğal olunsa növbə başqa dövlətin ola bilər
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya hücumunun səbəbləri və bundan yarana biləcək problemlərdən danışıb.

Amerikanın Səsi: Ötən həftə Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Müharibənin hərbi- siyasi nəticələrini necə qiymətləndirərdiniz?

Elxan Şahinoğlu: Bu, birbaşa işğaldır. Rusiyanın Ukraynaya qarşı işğal siyasətidir. Mən hər zaman qeyd edirdim ki, son aylarda Rusiyanın iki planı var. Minimum və maksimum plan. Minimum plan Donbas separatçılarını tanımaq, ilhaq eləmək və Rusiyaya birləşdirmək. Maksimum plan Ukraynanı iki hissəyə parçalamaq. Çox təəssüf ki, bu proqnozlarım özünü doğrultdu. Donbası indi işğal edirlər, həm də Ukraynanı parçalamağa çalışırlar. Amma, nəticə əldə etməyiblər. Yəni birinci iki günü düşünürdülər ki, tam işğal edə bilərik, edə bilmədilər. İndi Ukrayna ordusu, cəmiyyət, prezident müqavimət göstərir və sivil dünya Ukraynaya dəstək verir. Ona görə də mən hesab edirəm ki, Rusiya bu müharibədə qələbə qazana bilməyəcək. Ukrayna müharibəsinin başlanmasının səbəbi Rusiyanın bəhanəsi idi. Guya ki, Donbasa təhlükə var. Amma Ukraynanın nəyinə lazımdır Donbasa hücum etmək. Sakitlik lazımdır. Hamı da görürdü ki, Rusiya hazırlaşır. Sərhədə 100 minlik qoşun yeridilir və Amerika prezidenti dəfələrlə deyirdi ki, son həftələrdə hücum olacaq. Mən o zaman mənimlə mübahisə edənlərə deyirdim ki, bəli belə bir plan var, xəritə də var. Yoxsa Amerika öz səfirliyini Kyivdən Lviv niyə köçürsün. Ciddi məlumatlar əsasında deyilir. Proqnozlar da özünü doğrultdu. Yəni Rusiyanın bəhanəsi bu saat işləmir. Ona görə də mən düşünürəm ki, bu müharibə uzandıqca Rusiyanın problemləri artacaq.

Amerikanın Səsi: Rusiya hərbi müdaxiləsinə dünya birliyinin reaksiyası sizcə kəsərli oldumu?

Elxan Şahinoğlu: Bəli, kəsərli oldu. 2014-cü ildə Krım ilhaq olunanda bu qədər kəsərli etiraz yox idi. Bu dəfə isə hamı etiraz edir. Niyə? Çünki hamı düşünür ki, Ukrayna işğal olunsa növbə başqa dövlətin olacaq. Mən ilk dəfə idi müşahidə edirdim ki, bu 30 ildə Amerika, Avropa birləşib. Çox sərt sanksiyalar, siyasi, iqtisadi, hətta rusları SWIFT-dən çıxarıblar. Rus oliqarxları müflisləşiblər. Bütün sivil dünya Ukraynanın yanındadır. O cümlədən, Azərbaycan cəmiyyəti də bu məsələdə Ukraynaya dəstək verir. Çünki, ərazi bütövlüyü məsələsi Azərbaycan üçün də həssas mövzudur.

Mən hesab edirəm ki, bu dəfə sanksiyalar əhəmiyyətli olacaq. Rusiya iqtisadiyyatını dağıtmaq gücündədir. Artıq, rusiyalı oliqarxlar müflisləşiblər. İki məşhur oliqarx artıq Putinə deyib ki, dayandırın. Rusiyanın şəhərlərində anti-müharibə aksiyaları keçirilir. Çünki bu müharibə sadə ruslara da lazım deyil. Bu sanksiyalar işləyir. Bu müharibə ilə Putin artıq qırmızı xətti keçdi. Düşünürəm ki, Rusiya bu müharibəyə rəvac verməklə həm siyasətinə, həm iqtisadiyyatına böyük zərbə dəyəcək. Bu müharibə onu göstərdi ki, Rusiya ordusu deyilən qədər də güclü və qüdrətli deyilmiş.

Amerikanın Səsi: Rusiya Ukraynaya qarşı hayata keçirdiyi hərbi əməliyyatları digər qonşularına edə bilərmi? Bu ölkələr öz təhlükəsizliyini qorumaq üçün nə etməlidir?

Elxan Şahinoğlu: Bəli, belə bir təhlükə var. Ukrayna işğal olunarsa növbədə başqa dövlət ola bilər. Bu Baltik ölkələri də ola bilər. Şərqi Avropa ölkələri də ola bilər. Cənubi Qafqazda müəyyən təhlükələr gözlənilir. Çünki Rusiya hərbçiləri Azərbaycan ərazisində də var. Başımıza 20 yanvar hadisələri gəlib, Xocalı və s. gəlib. Ona görə sivil dünya Ukraynaya dəstək verir ki, Rusiya zəifləsin və bir başqa dövlətə təhlükə yaratmasın.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG