Accessibility links

“Müsəlman Birliyi” Hərəkatının üzvü narkotik ittihamı ilə həbs edilib


Bu gün, martın 5-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Gültəkin Əsədovarının sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov barəsində 4 ay həbs qətimkam tədbiri seçib.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Elşən Abbasova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

Vəkil məhkəmənin qərarından apellasiya şikayəti verəcəyini bildirib.

“Bu onun üçüncü həbsidir. Abbasov dini baxışlarına görə həbs edilir,” o qeyd edib.

Elşən Abbasovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, o martın 3-də iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Yaxınlarının sözlərinə görə, ancaq bu gün onlar Abbasovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənə biliblər.

Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, Abbasov bundan öncə dindarların hüquqlarını müdafiə etdiyinə görə iki dəfə mühakimə olunub. Belə ki, 2012-ci ilin oktyabrında məktəblərdə hicab qadağasına etiraz aksiyasında iştirak etdiyinə görə bir il müddətinə həbs edilib.

2017-ci ildə Abbasov qanunsuz narkotik maddə və silah saxlamaqla bağlı ittihamla həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Vətəndaş fəallar bildirir ki, əksinə, Abbasov gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı maarifləndirmə işi aparır, Quran kursları təşkil edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG