Accessibility links

Seymur Həzi: Ukraynanın ərazi bütövlüyü toxunulmazdır


Seymur Həzi : Ukraynanın ərazi bütövlüyü toxunulmazdır
please wait

No media source currently available

0:00 0:03:41 0:00

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi artıq bir neçə gündür gərginliklə davam edir. Azərbaycanın ictimai siyasi xadimləri, ekspertlər, partiya rəhbərləri müharibəni tənqidlərlə qarşılayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya hücumunun səbəbləri və bundan yarana biləcək problemlərdən o cümldən Qərbin və Amerikanın sanksiyalarından danışıb.

Seymur Həzi hesab edir ki, bu münaqişə region , xüsusilə Şərqi Avropa üçün çox ciddi fəsadlar yaradır və yaradacaq.

“ Bunun hərbi nəticələrinə mən əminəm ki, Rusiya üçün pis qurtaracaq . Rusiya məğlub olan tərəf olacaq. Təbii ki, burada siyasi və mənəvi məğlub da Rusiyadır. Mən düşünürəm ki, demokratik dəyərlərin yeni bir dalğasıpnın yaşanması üçün və Şərqi Avropada , Cənubi Qafqazda , Mərkəzi Asiyada yeni bir siyasi açılımın olması üçün Rusiya Ukrayna müharibəsinin nəticələri çox ciddi rol oynayacaq. Bu baxımdan da düşünürəm ki, bu proses geri dönməz bir xarakter alıb. Ukrayna xalqı siyasi mənəvi baxımından bu başdan qalibdir. Bunun hərbi qələbəyə çevriləcəyi də məndə şübhə yoxdur.

O deyir ki, Qərb vəAmerika Rusiyaya qarşı sanksiyalarla bu ölkəni dayandırmaq istəyir.

“ Onların müharibədən başlamadan öncə Rusiyaya qarşı çağırışların şahidi olmuşuq. Bu məsələdə mən düşünürəm ki, Qərb kifayət qədər təmkinli davranır və yetərli sanksiyalarla kifayət qədər təhsilli sanksiyalarla Rusiyanı dayandırmaq istəyir. Putinin nə özünü , nə öz xalqını, nə dünyanı düşünmək istəmədiyindən o bu sanksiyalara və çağırışlara məhəl qoymur.Nəticədə mən düşünürəm ki, bu Rusiya höküməti üçün , Rusiya cəmiyyəti üçün müəyyən bir nəticələr doğuracaq. Bu müharibə əlbəttə ki, dayanacaq. Mən düşünürəm ki, Qərb əlindən gələni edir və edəcək. Bu anlıq bir proses deyil, bu düşünülmüş siyasi mərkəzlərin qərarlaşdığı prosesdi".

Seymur Həzi müsahibədə Azərbaycanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə açıqladığı rəsmi məlumatlara da toxunub.

“Bu bəyanatlar bu qədər dəqiq olmadığına görə, bu mücərrədlik Azərbaycan hökümətinin rəsmi mövqeyində bir qədər qeyri-müəyyənlik yaradıb. Eyni zamanda Azərbaycan höküməti fevralın 22-də Rusiya ilə müttəfiqlik sazişi imzalamaqla sanki Rusiyanın Ukraynaya qarşı addımlarına siyasi təkan vermiş qüvvələrdən biri oldu. Düşünürəm ki, bu siyasi cəhətdən səhv idi. AXCP Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan cəmiyyətinin ümumi maraqlarından və ümumi mənafeyindən çıxış edərək , eyni zamanda cəmiyyətin ümumi rəyini ifadə edərək bildiririk ki, Ukraynanın ərazi bütövlüyü toxunulmazdır və demokratik dünyanın Ukraynanın suverenliyi uğrunda verdiyi mücadiləni dəstəkləyir. İnanırıq ki, Ukraynanın xeyrinə çatacaq bu proseslər. Rusiya əlbəttə bizim qonşumuzdur. Dinc, demokratik bir Rusiya ilə qonşuluq etəməyə hər zaman hazırıq və xalqımız da bunun arzusundadır. Ancaq kimliyindən aslı olmayaraq biz aqressorun tərəfində ola bilmərik. Biz hüquqları pozulan tərəfin yanındayıq".

Rəsmi Bakının mövqeyi

Bakının mənzərəsi
Bakının mənzərəsi

Öz növbəsində Rəsmi Bakı münaqişənin beynəlxalq hüquq norma və prinsplərə uyğun, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığı əsasında həll olunmasınnı tərəfdar olduğunu bəyan edib.

Azərbaycan BMT-də və digər beynəlxalq qurumlarda Ukraynadakı müharibəyə dair qətnamələrə səsvermədə iştirak etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG