Accessibility links

8 Mart Beynəlxalq Qadınlar Günü və Azərbaycanda qadınların üzləşdiyi problemlər


8 mart
8 mart

Martın 8-də Azərbaycanda Beynəlxalq Qadınlar Günü qeyd edilir.

Azərbaycanda Beynəlxalq Qadınlar Günü bayramı sovetlər dövründən başlayaraq qeyd edilir. Ölkə müstəqillik qazanandan sonra bu bayram dövlət bayramları sırasına daxil edilib, ölkədə iş günü deyil.

Azərbaycan qadını milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərib.
İlham Əliyev, Azərbaycan Prezidenti

Prezident İlham Əliyevin təbrikində deyilir ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərib, xalqın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynayıb.

“Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir,” Əliyev qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda əhalinin 5065,3 min nəfərini qadın, 5053,8 min nəfrini isə kişilər təşkil edib.

Statistik rəqəmlərdən görünür ki, ölkədə son illərdə qadınların sayı azalmaqda davam edir. Belə ki, 24 yaşadək olan qadınların sayı kişilərə nisbətdə 46-48 faiz təşkil edir. 2021-ci ilin rəsmi statistikasına görə, 1-9 yaşında qızların sayı oğlanlara nisbətdə 46,8, 10-14 yaşda olan qızların sayı isə oğlanlara nisbətdə 46,4 faiz təşkil edir.

2021-ci ilin rəsmi statistikasına görə, 1-9 yaşında qızların sayı oğlanlara nisbətdə 46,8, 10-14 yaşda olan qızların sayı isə oğlanlara nisbətdə 46,4 faiz təşkil edir.

Dövlət Statistika Komitəsi bildirir ki, 20-24 yaş qrupunadək kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsini, oğlan uşaqlarının daha çox doğulması ilə izah edir.

“Lakin kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına səbəb olur,” komitə bildirir.

Sataistik məlumatlara görə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.

Bununla yanaşı, Azərbaycan hüquq mühafizə orqanlarının məlumatlarının təhlili və vətəndaş cəmiyyətinin narahatlığı göstərir ki, 2021-ci il və 2022-ci ilin ilk iki ayı ərzində qadın qətlləri, azyaşlılara qarşı cinsi zorakılıq və erkən nikahlarlarla bağlı problemlər qalmaqdadır.

Bu problemlərlə bağlı hüquq müdafiəçiləri il ərzində bir neçə dəfə etiraz aksiyaları təşkil edib.

Onlar hesab edir ki, bu halların əksəriyyəti məhz hüquqları qorumalı olan dövlətin hərəkətsizliyi nəticəsində baş verir.

2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadınlardır.

Hüquq müdafiəçilərinin hesablamalarıan görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadınlardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının "Qadınlara və Qızlara Dəstək Olaq" layihəsi çərçivəsində birgə açıqlamasında deyilir ki, Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1,038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Baş Prokurorluq bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

“Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!
#qadınzorakılığınasusma” müraciətdə deyilir.

Təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir.
Baş Prokurorluğun məlumatından sitat

BMT-nin Əhali Fondunun “Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü” adlı tədqiqatına görə, qadınlara qarşı zorakılığın iqtisaqdi təsirləri milyonlarla dollardır.

“Qadınlara qarşı zorakılığın doğurduğu iqtisadi yük pul ekvivalenti, əmək məhsuldarlığı, xidmətlərə olan ehtiyac və qeyri-maddi təsirlər baxımından ölçülə bilər. Belə ki, zorakılığın həm cari təsirləri, həm də cəmiyyətin müxtəlif üzvlərinin üzləşdiyi uzunmüddətli və sonradan özünü biruzə verən təsirlərini ölçmək mümkündür. Qadınlara qarşı zorakılığın latentlik səviyyəsini nəzərə almaqla, yalnız 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi yükünün 764 milyon ABŞ dollarına (ölkənin ÜDM-nin 1.8%-i) çata biləcəyini ehtimal etmək mümkündür. Bu təqribi hesablamalar rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələrinin iqtisadi ekvivalentindən (2.8 milyon ABŞ dolları) 200 dəfə daha çoxdur, çünki bu xərclər rəsmi statistikada qeyd olunmayan zorakılıq hallarını da əks etdirir.”

BMT-nin Əhali Fondunun tədqiqatına görə, hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılıqla mübarizə üzrə adekvat cavab tədbirlərinin görülməsi, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsaitin sərf olunduğu ehtimal edilib.

Azərbaycanda bir ildə qadınlara qarşı zorakılıqla mübarizə üzrə adekvat cavab tədbirlərinin görülməsi, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsaitin sərf olunduğu ehtimal edilib.
BMT-nin Əhali Fondunun tədqiqatından sitat

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində yüzlərlə qadının aşağı maaşa, uzun sürən iş saatlarına, pis iş şəraitinə etiraz olaraq tətil etməsi dünyada Qadınlar Günü kimi qeyd edilir.

1857-ci il hadisələrdən 52 il sonra 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Beynəlxalq Qadınlar Günü olmasını təklif edib və bu təklif qəbul edilib.

1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

XS
SM
MD
LG