Accessibility links

Nigar Həzi: Ölkədə demokratik mühit olsa qadınlar çox sahələrdə təmsil olunarlar


Nigar Həzi: Ölkədə demokratik mühit olsa qadınlar çox sahələrdə təmsil olunarlar
please wait

No media source currently available

0:00 0:06:39 0:00

Müsavat Partiyasının üzvü, gənc siyasi fəal Nigar Həzi Amerikanın Səsinə müsahibəsində Azərbaycanda qadınların ölkənin siyasi fəaliyyətindəki rolu, üzləşdikləri problemlər və problemlərin həll yollarından danışıb.

Amerikanın Səsi: Qadınların siyasi fəaliyyəti, xüsusilə də müxalif siyasi partiyalarda təmsilçiliyi nə qədər risklidir? Siz necə hesab edirsiniz ?

Nigar Həzi: Əlbəttə ki, indiki mövcud şəraitdə risklər çoxdur. Bu risklər ondan ibarətdir ki, ailənin bu məsələyə münasibəti, çünki ailənin dəstəyi ən önəmlidir. Ailədən dəstək olamayanda çox çətin olur və məncə həmin insan üçün mübarizədən öncə ailəsini razı salmaq məsələsi gəlir. Çünki hər hansı bir müxalif siyasi partiyanın üzvü olmaq o deməkdir ki, sən təqib olunursan, izlənilirsən, daim təhdid altında olursan. Ailənə, qohumlarına sənə görə təzyiqlər olur. Bunun riskini, məsuliyyətini daşımaq çoxdur. Məsələn, kifayət qədər xanımlar var ki, çox istəyərlər siyasi fəaliyyətlə məşğul olsunlar. Onlar da öz dəstəklərini ifadə eləsinlər. Amma sadəcə partiya üzvü olmağa çəkinirlər. Çünki bilirlər ki, partiya üzvü olsa onu işdən çıxardacaqlar, həyat yoldaşını işdən çıxardacaqlar, qohumlarına təzyiq edəcəklər. İndiki dönəmdə siyasi fəaliyyətlə məşğul olmaq həm çətindir , həm şərəflidir, həm də risklidir.

Amerikanın Səsi: Qadınların ölkədə seçkilərdə iştirakı ilə bağlı nə deyə bilərsiniz ? Məsələn Azərbaycan parlamentində , bələdiyyələrdə qadınların təmsilçiliyi ölkədəki qadınların sayına prioritetdirmi?

Nigar Həzi: Ümumiyyətlə, nisbəti götürsək demək olar ki, bizdə qadınların siyasətdə və yaxud yetkili orqanlarda təmsilçiliyi çox aşağı səviyyədədir. Çünki, bu ölkədə həmin səlahiyyətli orqanlar seçkilərlə seçilmir, təyin olunur. Təyin olma birbaşa Əliyevdən gəlir. O kimi təyin edirsə şəxslər parlementə keçə bilər. Ona görə burada nəinki qadınların seçkidə iştirakından, hətta kişilərin seçkidə iştirakından söhbət gedə bilməz. Demokratik olmayan cəmiyyətdə bu ona dəlalət eləmir ki, bu qadındır və yaxud kişidir. Amma mən düşünürəm ki, əgər bizim ölkə həqiqətən də demokratik cəmiyyət olsaydı bu gün bizim yetkili orqanlarımzda kifayət qədər qadınlarımız olardı. Sadəcə biz çevrəmizdən də görürük, ətrafdakı qadınlardan da görürük. Sadəcə qadınların potensialı var, ancaq o şərait yoxdur, dəstək yoxdur. Qadınları önə çəkmək yoxdur. Çünki qadınlar hər addımında təzyiqlə üzləşir, hər addımında təhdidlə üzləşir. Məsələn, götürək aksiyaya çıxmaq, bu günlərdə nə qədər rahatdır bir qadın üçün. Bütün ailədə təzyiq var, qohumların təzyiqi var, polisin təzyiqi var. Bu ölkədə öz fikrini rahat ifadə eləmək o qədər də asan deyil. Çox şahidi oluruq, bu gün qadınlar məişət zorakılğından əziyyət çəkir. Həyat yoldaşları tərəfindən daim təhdid altında olur. Nəticədə, qadın ya boğularaq öldürülür, hətta polis bölməsində polis öz xanımını güllələyərək öldürməklə nəticələnir. Və yaxud qadını öldürüb, hissələrə bölməklə nəticələnir.

Amerikanın Səsi: Ekspertlər, eləcə də müşahidələr göstərir ki, qadınların siyasətdə təmsilçiliyi aşağıdır. Sizcə bunun səbəbi nədir? Nələr edilmlidir ki, qadınlar siyasətdə fəal olsunlar?

Nigar Həzi: On il əvvəlki Azərbaycanla müqayisə eləsək bu günlərdə görərsiniz ki, vaxtı ilə aksiya deyiləndə, mitinq deyiləndə cəmiyyətdə belə bir təfəkkür formalaşmışdı ki, mitinqlərə kişilər çıxa bilər, qadınlar çıxa bilməz. Mənim yadıma gəlir biz siyasi fəaliyyətlə məşğul olanda, mitinqlərə falan çıxanda, (düzdür bizim ailədə heç bir problem olmayıb), amma qohumlarda belə qadın nədir, mitinqə getmək nədir. Görürsünüz artıq o tezis, yanaşmalar yoxdur. Nə qədər ki, qadınlar siyasətə qarışmırdılar onda heç nə hiss olunmurdu, indi isə artıq onlar da siyasi proseslərin bir iştirakçısı oldu. Artıq baxırsınız aksiyalara qadınlar çıxır. Dövlət özü artıq o qadınları fəallaşdırır. Məsələn, şəhid analarını götürək. Onların birdəfəlik müavinətlərini vermirdilər, həmin qadınlar Prezident Administrasiyasının qarşısına çıxdılar və sonda istədiklərinə nail oldular. Gəncə məhbuslarının anaları, Tərtər işi cinayətlərinin dəhştlərini yenə o qadınlar ictimaiyyətləşdirdi. Çünki yenə o qadınlar bu problemləri dilə gətirdi. Bunları göz önünə sərgilədi. Görürsünüz qadınlar artıq proseslərdə iştirak edir. Gəlin deyək ki, nə qədər qorxmaz qadınlarımız var. Məsələn, aksiyalarda qadınlara qarşı fiziki zorakılıqlar göstərirlər, saçlarından tutub sürüyürlər, təhqir edirlər. Bu günlərdə jurnalist Fatimə Mövlamlı ilə Sevinc Sadıqovanın başına gələnlər. Amma buna baxmayaraq Azərbaycan qadını daha mərddir, sözünü deyəndir. Sadəcə ölkədə demokratiya çatışmır. Təssəvvür edin ölkədə demokratiya olsaydı bizim qadınlar nəinki seçki orqanlarında, bütün sahələrdə daha aktiv olardı. Çünki bizim qadınlar daha aktivdirlər. Fürsət olsa, təhsil olsa, cəmiyyətdəki yanaşma dəyişs , demokratik mühit olsa qadınlar çox sahələrdə təmsil olunarlar.

Statistika

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən ötən ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Qurumun məlumatına görə, məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2019-cu ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub:

"Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub."

Xatırlatma

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadın cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçiriblər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək. Ekspertlər isə hesab edir ki, Azərbaycanda qadınların siyasətdə təmsilçiliyi aşağıdır.

Azərbaycan rəsmiləri deyir ki, ölkədə bütün fundamental hüquqlar qorunur və ölkədə gender bərabərliyi hökm sürür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG