Accessibility links

Müharibə ilə üzləşən Latın amerikalılar Ukraynanı tərk etmək istəmir


Müharibə ilə üzləşən Latın amerikalılar Ukraynanı tərk etmək istəmir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Müharibə ilə üzləşən Latın amerikalılar Ukraynanı tərk etmək istəmir

Ukraynada yaşayan mühacirlərin əksəriyyəti Şərqi Avropanın qonşu ölkələrindən gəlir. Amma başqa qitələrdən olanlar da var. Kristina Kaseydo Smit Latın Amerikasından olan və müharibə ilə üzləşən bəzi ailələrlə söhbət edib.

Kyivdə yaşayan Encel Villares Rusiyanın Ukraynaya hücumundan bir neçə gün əvvəl ailəsini ziyarət etmək üçün doğma Ekvadora getməyə hazırlaşırdı. Lakin onun COVID testi müsbət olduğu üçün səfərini təxirə salmaq qərarına gəlib. O, evdə karantində olanda rus qoşunları Ukraynaya hücum edib və bir gün sonra Villares qaçmağa qərar verib. "Kompüterlərimizi, sənədlərimizi, nağd pulumuzu və bir dəst paltarımızı götürdük" - deyə, Encel bildirir.

Günlərlə yol getdikdən sonra Villares Ukraynanın mərkəzindəki Bila Tserkva şəhərinə çatıb. Yolda uşaq arabası ilə gedən insanları, ərzaq mağazalarında uzun növbələri, maşınlarda gözləyən insanları və Kyivdən qaçmağa çalışan çarəsiz ailələri görüb.

Villares və sevgilisi bundan sonra nə edəcəklərindən əmin deyillər. Lakin heç biri Ukraynanı tərk etmək istəmir. “Mən buranı özümə doğça hiss edirəm. Dili bilməsəm və ya Ukrayna sənədim olmasa belə, bu mənim ölkəmdir. Hər hansı şəkildə olursa olsun yardım etmək istərdim”.

Kolumbiyalı Hulian Tapias ukraynalı sevgilisi ilə ailə həyatı qurmaq üçün Ukrayna gəlib. İndi o deyir ki, onlar kabus içərisində yaşayırlar. "Dünən qaynımın yaşadığı yaşayış ərazisindəki 3 evə Rusiya təyyarəsinin qalıqları, hətta həmin təyyarənin pilotunun qalıqları düşüb."

Venesuelalı Qulyermo López həyat yoldaşı, 4 yaşlı oğlu və 8 aylıq qızı ilə ukraynalı bir ailənin evinə sığınıb. “Övladlarımın belə bir ölkədə doğulduğu üçün qürur duyuram. Onlar həqiqətən vahid xalqdır və öz ölkələrini azad və müstəqil görmək istəyirlər” Qulyermo deyir .

Hər şeyin yaxşı olacağına ümid edən bu Latın amerikalı miqrantlar növbəti addımlarına qərar verməyə çalışır. Onların yolları çox güman ki, ayrılacaq, lakin onların hamısı Ukraynadakı müharibənin tezliklə bitəcəyinə dair ümidlə yaşayır.

XS
SM
MD
LG