Accessibility links

Rüstəm İbrahimbəyov vəfat edib


Rüstəm İbrahimbəyov (Foto Rüstəm İbrahimbəyovun Facebook səhifəsindən götürülüb)

Cümə günü Moskvada tanınmış Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

1967-ci ildə Moskvada Ali Ssenari kurslarını, 1974-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutu yanında Ali Rejissorluq kurslarını bitirib.

Onlarla film və ssenarinin müəllifidir. Bunlardan ən məşhuru "Səhranın bəyaz günəşi"dir. Nikita Mixalkovla əməkdaşlıq edərək “Urqa”, "Məhəbbət ərazisi” (Venesiya “Qızıl Aslan” Film Festivalının baş mükafatına, Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb), "Günəşdən yorulanlar"(ən yaxşı xarici film üçün Oskar, Kann Film Festivalı Münsiflər Heyətinin Qran Prisini, Rusiya Federasiyasının dövlət mükafatını alıb) və “Sibir bərbəri” (dövlət mükafatı alıb) kimi filmlər çəkib.

O, Bakıda bir çox kinofestivallarda fəxri yer tutmuş ilk uşaq kino məktəbini yaradıb.

MDB və Baltik olkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, Rusiya Kinematoqrafçılar İttifaqlarının katibi, Moskva Yəhudi Film Festivalının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, “Feliks” Avropa Kino Akademiyasının və Amerika Kino Sənəti Akademiyasının üzvüdür.

2 iyul 2013-cü ildə Rüstəm İbrahimbəyov Azərbaycan prezident seçkilərində müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasından vahid namizədi kimi irəli sürülüb. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

O, son illərdə Bakıda Kino Məktəbini bərpa etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG