Accessibility links

Ukrayna və Rusiya arasında danışıqlar martın 15-də davam edəcək


Moskvanın səbəbsiz işğalına son qoyması üçün danışıqlarda iştirak edən Ukrayna nümayəndələrindən biri Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundunun “texniki fasilədən” sonra martın 15-də davam etdiriləcəyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Mixaylo Podolyakın dediyinə görə, fasilənin səbəbi alt işçi qruplari ilə əlavə iş və fərdi təriflərin dəqiqləşdirilməsinə imkan yaratmaqdır.

Podolyak danışıqlardan əvvəl atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatlarının əldə edilməsi ilə bağlı “müzakirələrin çətin” olacağını bildirib.

Əvvəlki üç təkbətək görüşdən sonra videobağlantı vasitəsilə aparılan müzakirələr Rusiyanın Ukrayna boyu hücumlarını gücləndirdiyi vaxta təsadüf edir.

Rusiya qüvvələrinin paytaxta və digər böyük şəhərlərə təzyiqlərini davam etdirməsinə baxmayaraq, diplomatik səylər Moskvanın daha çox mülki vətəndaşın təxliyəsinə imkan verəcəyinə dair ümidləri artırıb.

Sülh danışıqlarının dördüncü raundu Rusiyanın NATO üzvü olan Polşadan cəmi 25 kilometr uzaqlıqda, Ukraynanın qərbindəki hərbi bazasına qanadlı raket hücumundan bir gün sonra başlayıb.

Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə hücum nəticəsində azı 35 nəfər ölüb, 134 nəfər yaralanıb.

Ukrayna prezidenti Volodymyr Zelenski danışıqların bazar ertəsi günorta saatlarında başladığını təsdiqləyib. Prezidentin müşaviri Mixailo Podolyak Ukrayna nümayəndə heyətinin videokonfrans vasitəsilə keçiriləcək sülh danışıqları zamanı öz tələblərini təkrarlayacağını bildirib.

Podolyak "Mövqelərimiz dəyişməyib" deyib. "Bu, sülh, dərhal atəşkəs, bütün Rusiya qoşunlarının çıxarılmasıdır. Və yalnız bundan sonra qonşuluq münasibətləri və siyasi nizamlanma haqqında danışmaq olar" - deyə, o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi çıxışında bazar gününü “qara gün” adlandırıb.

Prezident Qərb liderlərinə NATO bölmələrinin Ukrayna hərbçiləri ilə birgə təlim keçdiyi bazaya hücum ehtimalı ilə bağlı “aydın şəkildə xəbərdarlıq” etdiyini deyib.

"Bu, Amerika kəşfiyyatı və milli təhlükəsizlik ictimaiyyəti üçün təəccüblü deyil. Bu, o deməkdir ki, Vladimir Putin hərbi qüvvələrnin onun düşündüyü kimi irəliləyişə nail olmadığına görə məyusdur” - deyə, ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CNN kanalında çıxışı zamanı bildirib.

Prezident Zelenski bazar günü gecə deyib ki, o, Putinlə görüş təşkil etməyə cəhd edib, lakin Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhlizlər və atəşkəs razılaşmaları üçün hər gün danışıqlar aparsalar da, heç bir nəticəyə gələ bilməyib.

Bazar ertəsi qısa bir videoda Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun ölkəsi üzərində uçuşa qadağa zonası tətbiq etməsini xahiş edib və bunun baş vermədiyi təqdirdə “Rusiya raketlərinin sizin üzərinizə düşməsi an məsələsidir” deyib.

XS
SM
MD
LG