Accessibility links

Ukraynadan qaçanlar ev heyvanlarını geridə qoymur


Ukraynadan qaçanlar ev heyvanlarını geridə qoymur
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Ukraynadan qaçanlar ev heyvanlarını geridə qoymur

Polşa sərhədini keçən ukraynalı ailələr deyirlər ki, ev heyvanlarını özləri ilə götürmək Rusiyanın işğalından xilas olmaq üçün səyahəti çətinləşdirib. Lakin onlar deyirlər ki, ev heyvanları ailə kimidir və onları geridə qoyub getmək seçimi yoxdur.

Üç yaşlı Puma İrina Boqordovaya məxsusdur. O, Ukraynada sahibləri kimi təhlükəsiz yer axtaran minlərlə ev heyvanından biridir.

Ruslar onun Kyivdəki evinə hücum ediblər.

“Həyatımı, dostlarımı, işimi, evimi tərk etdim. Mənim itim də dostlarını tərk etdi. Bu, dəhşətlidir və belə olmamalıdır” - deyə, ukraynalı qaçqın İrina Boqordova bildirib.

İrina Boqordova Przemisl qatar stansiyasında,son təyinat yerinə - Tallinnə, Estoniyaya qatara minmək üçün gözləyir.

Ev heyvanlarının bir neçə sərhəddən keçməsi hər bir ölkədəki qaydalara görə çətin ola bilər, bir çoxları onların peyvənd edilməsini və mikroçiplənməsini tələb edir.

Beynəlxalq Heyvanların Rifahı Fondu (IFAW) bildirir ki, bu böhrana görə başqaları ilə yanaşı, Belçika, İsveçrə və Fransa da istisnalar edir.

"Biz onlara ev heyvanları, itlər və pişiklər üçün plastik stəkanlar veririk və müharibədən qaçan balaca itləri olan insanlara kömək edirik" - deyə, Ukraynadan olan qaçqın Anya Slovoda bildirib.

Cek Ukraynadan çıxan xoşbəxt heyvanlardan biridir. Amma digərləri orada qalıb.

“Düşünürəm ki, qadınların böyük iti olanda onların böyük itlərlə və ya pişiklərlə problemi olur. Onlara qatarda icazə verilmir. Bu, problemdir” - deyə, Anya Slovoda əlavə edib.

Slodova deyir ki, bu, bir çox ailələri ev heyvanlarını Ukraynada tərk etməyə məcbur edib, Anjela Petrovna Çarli ilə getmək qərarına gələndə bunu heç düşünməyib.

“O mənimlə gəlir; Mən onu tərk edə bilmərəm. O mənim oğlumdur. Siz heç bir şəkildə itinizi tərk edə bilməzsiniz” - deyə, ukraynalı qaçqın Anjela Petrovna bildirib.

Bütün qeyri-müəyyənliklər arasında bəzi qaçqınlar deyirlər ki, ev heyvanları ilə qaçmaq onlara bu travmatik bağlardan qurtulmağa kömək edir.

XS
SM
MD
LG